Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Neftçi"nin oyununu bu telekanal göstərəcək

© Facebook / Neftçi PFK"Neftçi" FK-nın oyunçuları
Neftçi FK-nın oyunçuları - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakcell Arena"da oynanılacaq görüş yerli vaxtla saat 21:00-da başlayacaq

BAKI, 8 avqust — Sputnik. Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, Avroliqada yeganə təmsilçimiz "Neftçi" növbəti matçına çıxacaq.

Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Neftçi" - "Bney Yehuda" oyunu canlı yayımlanacaq.

Azarkeşlər tərəfindən maraqla gözlənilən oyun "CBC Sport" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da oynanılacaq görüş yerli vaxtla saat 21:00-da başlayacaq. Roberto Bordinin komandası keçirdiyi 4 oyunun hamısında meydanı qələbə ilə tərk edib. Rəqiblərini 13 dəfə məyus edən "ağ-qaralar" öz qapılarını toxunulmaz saxlayıblar.

Xəbər lenti
0