CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Guardian" "fake" ittihamına görə Sputnik-dən üzr istədi

© Sputnik / Igor RussakСтудия международного информационного агентства и радио Sputnik
Студия международного информационного агентства и радио Sputnik - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi Qərb KİV-ləri bunu Sputnik agentliyinin cəmiyyətin müsəlmanlara münasibətinə təsir etmək cəhdi kimi dəyərləndirib

BAKI, 6 avqust — Sputnik. Böyük Britaniyanın "Guardian" nəşri əsassız olaraq Sputnik agentliyini yalan informasiya yaymaqda ittiham etdiyinə görə üzr istəyib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Девочка собирается в школу, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məktəbə getmək ümidi ilə - Sputnik Azərbaycan-ın yeni sosial aksiyası

Bu ilin aprel ayında Notr-Dam kilsəsində baş verən yanğın zamanı "Sputnik France"-ın müxbiri fotoşəkil çəkib. Belə ki, fotoşəkildə yanan kilsə, onun qarşısında isə polis mühasirəsinin önündən keçərkən gülən iki şərqli görünüşlü gənc insan əks olunub.

Redaksiya fotonu şərh etməyib. Foto internetdə yayılıb, sosial şəbəkələrin istifadəçilərinin əksəriyyəti isə bu görüntünü müsəlmanların guya faciəni bayram etməsi kimi dəyərləndirib.

Bəzi Qərb KİV-ləri bunu Sputnik agentliyinin cəmiyyətin müsəlmanlara münasibətinə təsir etmək cəhdi kimi dəyərləndirib.

Belə ki, aprelin 19-u "Guardian" nəşri bu fotonu "Insatgram"-da "Fake or for Real" (Feyk və ya real) şəkillər siyahısında paylaşıb. Nəşr amerikalı ekspertin fikirlərinə istinad edərək fotonu "saxta xəbərlər" siyahısına daxil edib. Belə ki, ekspertlər fotonun montaj olduğunu iddia ediblər.

В РИКЦ отметили деятельность Sputnik Азербайджан - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mətbuat günü: RİMM-də Sputnik Azərbaycan-ın fəaliyyəti qeyd edildi

Öz növbəsində Sputnik fotonun saxta olmamasına dair məlumatları paylaşıb.

Lakin "Guardian" yalnız 4 ay sonra yanlışlığa yol verdiyini etiraf edib.

"Dəqiqlik bizim üçün önəmlidir. Əgər siz bizim "Fake or for Real" layihəmizin pərəstişkarısınızsa, onda xahiş edirik bunu diqqətlə oxuyun: Layihənin 19 aprel tarixində yayımlanan bölümündə biz Notr-Dam kilsəsində yanğın zamanı çəkilən və internetdə böyük müzakirələrə səbəb olan fotoşəklin redaktə olunduğunu bildirmişdik. Bizimlə fotoşəklin hüquqlarına sahib şəxs əlaqə saxladı və biz etiraf edirik ki, fotoşəkil heç bir redaktəyə məruz qalmayıb. Biz əksini iddia etdiyimiz üçün üzr istəyirik", - deyə "Guardian"-nın "Instagram Stories" bölməsində yayımlanan məlumatda bildirilir.

Xəbər lenti
0