BAKI, 22 iyul – Sputnik. Hər il iyulun 22-də - Azərbaycan Milli Mətbuat günündə jurnalistlər, informasiya agentlikləri, xəbər portalları, qəzet və telekanalların əməkdaşları ilə keçirilən ənənəvi görüş nümayəndəliyin rəhbəri Valentin Denisovun təbrik nitqi ilə bağlayıb. O, il ərzində RİMM-in fəaliyyətini, eləcə də mərkəz tərəfindən hə il keçirilən rus dili üzrə olimpiadanın gedişini işıqlandıranların hər kəsə təşəkkür edib.
Denisov 144 il əvvəl çıxan ilk Azərbaycan qəzeti olan “Əkinçi”nin Azərbaycan mətbuatının yaranmasındakı rolunu qeyd edib.
Denisov Sputnik Azərbaycan informasiya agentliyinin rəhbəri Əziz Əliyevə fəxri diplom təqdim edib.
Bundan əlavə, Sputnik Azərbaycan-ın əməkdaşları Zarina Orucəliyeva və Kəmalə Əliyevanın fəaliyyəti xüsusi qeyd olunub.
Qeyd edək ki, 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin rəhbərliyi altında Azərbaycanın ilk mətbu nəşri - "Əkinçi" qəzeti işıq üzü görüb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb.