BAKI, 5 avqust — Sputnik. Bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC gücləndirilmiş iş rejiminə keçib.
Sputnik Azərbaycan-a “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, bayram günləri ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir. Bundan əlavə, Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə 10 və 13 avqust tarixlərində əlavə qatar təyin edilib. Qurum sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.