CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qatarla taksi toqquşdu, yaralılar var - BAKIDA

© Sputnik / Irade JELILQəza baş verən ərazidə təcili tibbi yardım avtomobili
Qəza baş verən ərazidə təcili tibbi yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Qatarla taksi toqquşdu, iki nəfər ağır xəsarət aldı

BAKI, 29 iyul — Sputnik. Zirə Qəsəbəsində (Qala yolu) qatarla taksi toqquşub. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, ilkin məlumata əsasən, baş verən qəzada 4 nəfər xəsarət alıb. Nazirlikdən verilən məlumatda bildirilir ki, hadisə ilə bağlı olaraq Təcili Tibbi Yardıma çağırış 12:44-də daxil olub. Hadisə yerinə 5 Təcili Tibbi Yardım briqadası cəlb olunub.

Ağır xəsarət alan 22 yaşlı qıza və 20 yaşlı oğlana qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Qızda həmçinin yuxarı ətrafların sınığı da aşkarlanıb. Onların vəziyyətlərinin ağır olduğu və 3 saylı Şəhər Klinik Xəstəxanasına aparıldıqları bildirilir.

ДТП в Ростовской области - Sputnik Azərbaycan
HADİSƏ
Bakıya gələn mikroavtobus qəzaya düşdü, ölən və yaralılar var - VİDEO

Qəza nəticəsində xəsarət alan 38 yaşlı kişiyə isə sol qolun sıyrılmış yarası diaqnozu qoyulub. Ona yerində yardım edilib. Məlumata görə, həmin şəxs hospitalizasiyadan imtina edib.

“Azərbaycam Dəmir Yolları” QCS-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində baş verib.

Belə ki, İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomaşın drezinlə toqquşub.

Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

Xəbər lenti
0