CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlarda yaşıl və narıncı konteynerlərə marağı necə oyatmalı?!

© Sputnik / Irade JELILMəişət tullantılarının atılması üçün konteryneylər
Məişət tullantılarının atılması üçün konteryneylər - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Vətəndaşa emal və nəticə göstərilməlidir ki, o, bu prosesdə maraqlı olsun.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 04 avqust — Sputnik. Ötən aydan etibarən Bakı Şəhər İcra Hakimiyyəti Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə paytaxtda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi istiqamətində birgə layihəni həyata keçirməyə başlayıb. Layihə çərçivəsində ilkin olaraq Nərimanov rayonu ərazisində məişət tullantılarının çeşidlənməsi məqsədilə müxtəlif rəngli konteynerlər qoyulub. Rayon sakinlərə tullantıların çeşidlənməsi üçün müxtəlif paketlər paylanılıb, binaların divarlarına bildirişlər vurulub, qapılara xüsusi broşürlar qoyulub.

Qeyd edək ki, bu konteynerlər yaşıl və narıncı rəngdədir. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılmalıdır. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər paylanılıb. Bütün prosses sakinlərə əyani şəkildə izah olunub.

Layihənin uğurlu olması isə sakinlərdən asılıdır. Hamının məişət tullantılarını atmazdan qabaq çeşidləyəcəyini gözləmək sadəlövhlük olardı. 

Zibil qutusu, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Zibil gətir, yemək apar, milyonlarla kredit al, yandıra bilmə

Qeyd edək ki, layihənin həyata keçirildiyi Nərimanov rayonunda qoyulmuş bütün yeni konteynerlərin yanında müvafiq qurumların əməkdaşları dayanıb. Onların iş vaxtı səhər saat 8.00-dən başlayıb, 19.00-a kimi davam edir. Bu işçilər sakinlərə yeni zibil qablarına məişət tullantılarını necə atmağı və onların qapağının necə açıldığını izah edir.

Bu yeniliklə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşən ekoloq Telman Zeynalov hesab edir ki, layihənin uğurlu olması üçün mütəmadi olaraq telekanallarda reklam işi aparılmalıdır. Vətəndaşa emal prosesi haqqında məlumat verilməli, onda zibilləri çeşidləyərək yığmağa həvəs yaradılmalıdır.

"Konteynerlər reklam edilməlidir. Proses haqqında çarxlar çəkilməlidir. Vətəndaş bilməlidir ki, məişət tullantısını necə çeşidləməli, hara atmalıdır. Bunun müsbət cəhətləri izah edilməlidir. Məsələn, vətəndaşa bu kağızları, plastik qabları və sellofan torbaları yığıb necə emal edəcəklərini, onlardan nəyin hazırlanacağını başa salmalıdırlar. Təkcə zibili çeşidləməklə iş bitmir. Vətəndaşa emal və nəticə göstərilməlidir ki, o, bu prosesdə maraqlı olsun" - deyə Zeynalov bildirib. 

Ekoloq hesab edir ki, əks təqdirdə vətəndaşlarda məişət tullantılarını çeşidləmə prosesinə maraq olmayacaq.

Xəbər lenti
0