CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maarifləndirmə, yoxsa narkotik vasitənin təbliği...

© REUTERS / Mike HutchingsMarixuana
Marixuana - Sputnik Azərbaycan
Abunə olmaq
Komitə Dövlət Proqramının icrasına başladı

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı" çərçivəsində maarifləndirici tədbirlərə başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Xəbərdə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"nın müvafiq bəndlərinin icrası ilə əlaqədar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili məqsədilə 15 min nüsxə ilə yeni zəruri əyani vəsaitlər hazırlanıb.

2019-cu ildə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən təşkil olunacaq maarifləndirmə və ictimai tədbirlərdə yeni üslubda hazırlanmış "Narkotiklər haqqında həqiqəti bilin", "Marixuana haqqında həqiqət" və "Psixotroplar maddələr haqqında həqiqət" adlı çap məhsullarının kütləvi şəkildə paylanılması nəzərdə tutulur. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” jurnal formasında çap edilib.  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən çap etdirilən jurnal aidiyyəti icraçı orqanlara göndərilib.

Xəbər lenti
0