CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı zəvvarları həccə yola salırlar

© AP Photo / Mosa'ab ElshamyMüsəlman zəvvarlar Kəbənin ətrafında təvaf edərkən
Müsəlman zəvvarlar Kəbənin ətrafında təvaf edərkən - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar 8 təyyarə reysi ilə yola salınırlar

BAKI, 3 avqust — Sputnik. Azərbaycandan həcc ziyarətinə gedən zəvvarların daha iki qrupu bu gün Səudiyyə Ərəbistanına yola düşəcək.

ABŞ Prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Tramp Səudiyyə Ərəbistanı ilə bağlı qərar verdi - Yəmənin "dərdini çəkir"

Bu barədə Sputnik Azərbaycan-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.  Qeyd olunub ki, hər qrupda 180 zəvvar var. Qruplardan biri saat 11, digəri isə 13 radələrində yola düşəcək. Ötən gün isə hər biri 180 zəvvardan ibarət olmaqla iki qrup Səudiyyə Ərəbistanına yola düşüb.

Bu il Azərbaycandan həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub. Xatırladaq ki, zəvvarların avqustun 2-dən 6-a qədər həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınırlar. Bu il həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.

Xəbər lenti
0