Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA-dan "Qarabağa" diqqət

© Facebook / Qarabağ FKQarabağ - Dundalk matçı
Qarabağ - Dundalk matçı - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdam klubunun qapıçısı Vaqner da Silvanın şəkli UEFA Çempionlar Liqasının səhifəsində baş xəbərdə yerləşdirilib

BAKI, 1 avqust — Sputnik. "Qarabağ" UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Dundalk" üzərində qazanılan 3:0 hesablı qələbə ilə UEFA-nın diqqət mərkəzinə düşüb.

Sputnik Azərbaycan xəbər verir ki, "Dalğa Arena"da irlandları məğlub etməklə "köhlən atlar" UEFA-nın rəsmi saytının manşetində yer almağı bacarıb. Sayt dünən gecə keçirilmiş oyunlar arasında "Qarabağ"ın matçını ön plana çəkərək bu görüşdən fotonu manşet yazısında yerləşdirib.

Bundan başqa, Ağdam klubunun qapıçısı Vaqner da Silvanın şəkli UEFA Çempionlar Liqasının səhifəsində baş xəbərdə yerləşdirilib.

Qeyd edək ki, "Qarabağ" "Dundalk"ı mübarizədən kənərlaşdıraraq (1:1, 3:0) ÇL-də üçüncü mərhələyə yüksəlib. Bu mərhələdə Qurban Qurbanovun komandası Kiprin "APOEL" klubu ilə qarşılaşacaq. İlk matç avqustun 6-sı Nikosiyada, təkrar görüş avqustun 13-ü Bakıda keçiriləcək.

Xəbər lenti
0