CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda iri söküntü yekunlaşdı

© Sputnik / Murad OrujovПожар в торговом центре "Диглас"
Пожар в торговом центре Диглас - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq ərazidə təmizlik işlərinə başlanılıb

BAKI, 31 iyul — Sputnik. Bir neçə ay öncə yanaraq külə dönən "Diqlas" ticarət mərkəzinin söküntüsü artıq yekunlaşıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, artıq söküntü işlərinin yekunlaşması ilə əlaqədar olaraq ərazidə təmizlik işlərinə başlanılıb.

Sahibkarlar yanan ticarət mərkəzi Diqlas-ın qarşısına - Sputnik Azərbaycan
HADİSƏ
"Diqlas"dakı yanğından sonra 400 sahibkar istintaqa cəlb edilib

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən söküntü işləri zamanı ərazidən çınqıl, daş və dəmir materiallar çıxarılıb.

Xatırladaq ki, bu ilin martın 26-da paytaxtın Nizami rayonu ərazisində yerləşən böyük ticarət mərkəzlərindən biri olan və 2 hektar ərazisi olan "Diqlas" ticarət mərkəzində yanğın baş vermişdi. Nəticədə 400-dən artıq şəxsə maddi ziyan dəymişdi. Prezidentin sərəncamına əsasən, yanğınla bağlı komissiya yaradılıb, zərərçəkmişlərə maddi yardım məqsədilə ölkə başçısının ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb və yanğından zərərçəkənlərə kompensasiya ödənilib.

Xəbər lenti
0