Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Diqlas"dakı yanğından sonra 400 sahibkar istintaqa cəlb edilib

© Sputnik / Irade JELILSahibkarlar yanan ticarət mərkəzi "Diqlas"-ın qarşısına
Sahibkarlar yanan ticarət mərkəzi Diqlas-ın qarşısına - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə sahibkarlara 2 milyon manatdan çox vəsait ödənilib

BAKI, 31 iyul — Sputnik. 26 mart 2019-cu il tarixində Bakı şəhərində yerləşən "Diqlas" ticarət mərkəzində ağır nəticələrə səbəb olan yanğın hadisəsinin baş verməsi faktı üzrə başlanıb cinayət işi üzrə prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar və Vergilər nazirliklərinin müstəntiqlərindən ibarət istintaq qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq tədbirlərinin icrası təmin edilib.

Fövqəladə Hallar Nazirliyi  - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Diqlas" olayında "fərqlənmiş" şəxs işdən çıxdı

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarımilində "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş müşavirədə qeyd edilib.

Bildirilib ki, binaya və sahibkarlara vurulmuş ziyanın həcminin, habelə cinayət təqibi ilə əlaqədar əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə çoxsaylı ekspertizalar təyin edilib, yanğından maddi ziyan çəkmiş 400 nəfərdən artıq sahibkar istintaqa cəlb edilərək dindirilib, həyata keçirilmiş istintaq tədbirləri ilə 129 nəfər sahibkara 1 milyon 91 min manat məbləğində pul vəsaiti ödənilib.

Xüsusilə vurğulanıb ki, baş vermiş hadisə ölkə rəhbərliyi tərəfindən nəzarətdə saxlanılmaqla, ümumilikdə yanğından maddi zərər çəkmiş 371 sahibkara 2 milyon 155 min manat məbləğində dövlət tərəfindən kompensasiya ödənilib.

Xəbər lenti
0