CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Diqlas" olayında "fərqlənmiş" şəxs işdən çıxdı

© Sputnik / Anar MustafayevFövqəladə Hallar Nazirliyi
Fövqəladə Hallar Nazirliyi  - Sputnik Azərbaycan
Abunə olmaq
Babanlı "Diqlas" yanğını zamanı yanğının fonunda çəkdirdiyi şəkil ilə gündəmə gəlmişdi

BAKI, 11 iyun - Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunub. 

Modern.az-ın əldə etdiyi məlumata görə, Y.Babanlı öz ərizəsilə işdən ayrılıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyiblər:

“Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bir müddət öncə - mayın 29-dan etibarən öz ərizəsilə işdən ayrılıb. Hələlik yerinə təyinat olmayıb”.

Qeyd edək ki, Y.Babanlı bu il martın 1-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə mətbuat katibi təyin olunmuşdu.

Babanlı "Diqlas" yanğını zamanı yanğının fonunda çəkdirdiyi şəkil ilə gündəmə gəlmişdi.

Xəbər lenti
0