Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Polis Bakıda əməliyyata başladı: Avtomat silah və narkotik tutuldu

© Sputnik / Murad OrujovСотрудник полиции в Баку
Сотрудник полиции в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib

BAKI, 30 iyul — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq silah-sursat gəzdirən və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Американская полиция - Sputnik Azərbaycan
Dünya şokda: 30 saniyəyə 30 minlik oğurluq etdilər - VİDEO

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, daxil olan məlumat əsasında Yasamal rayon sakini Firuz Kərimov Baş İdarənin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi "VAZ 2121" markalı avtomobilin yük yerinə baxış zamanı 1 ədəd "Kalaşnikov" tipli avtomat silah, həmin silaha məxsus 1 ədəd daraq və 30 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Baş İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev saxlanılıb. Onun Abşeron rayonu, Quşçuluq massivində yerləşən evinə baxış zamanı satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi 980 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma zamanı onun Bakı şəhəri və Abşeron rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib.

Baş İdarə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində həyata keçirdikləri daha bir əməliyyat zamanı isə Biləsuvar rayon sakini Qadir Qarayev paytaxt ərazisində tutulub. Onun idarə etdiyi "QAZ 2411" markal avtomobilə baxış zamanı külli miqdarda - 1 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs heroini yaşadığı rayondan istintaqa məlum olmayan mənbədən əldə etdiyini və satmaq məqsədilə Bakı şəhərinə gətirən zaman polislər tərəfindən saxlanıldığını qeyd edib.

Qeyd edilən hər 3 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Xəbər lenti
0