BAKI, 7 iyul — Sputnik. Birləşmiş Ştatların Viskonsin ştatının Plezant-Perri kəndində naməlum şəxslərdən ibarət bir qrup geyim mağazasından oğurluq edib. Bu barədə Sputnik Azərbaycan "WGN-TV"-yə istinadən xəbər verir.
Belə ki, iyulun 1-i mağazaya eyni zamanda 10 qaradərili şəxs daxil olub. Yerli polis rəisi qeyd edib ki, 10 nəfərdən 9-u "apara bildikləri qədər geyim aparıblar". Mağaza işçiləri tərəfindən heç bir müqavimətlə qarşılaşmayan şəxslər 30 saniyədən qısa müddətdə ticarət məntəqəsini tərk edib. Hazırda hadisəni törədən şəxslərin kimliyi müəyyənləşdirilir.
Dəymiş ziyanın 30 min dollar dəyərində olduğu bildirilir.