Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 30 iyul — Sputnik. Lənkəranda 3 gün ərzində “VAZ” markalı 2 avtomobil oğurlanıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hər iki avtomobil oğurluğu rayonun Sütəmurdov kəndində baş verib.
İyulun 24-də Fuad Zeynalovun evinin qarşısında saxladığı 42-BZ-542 dövlət qeydiyyat nömrə nişanlı, ağ rəngli "VAZ-2107" markalı avtomobili gecə saat 3 radələrində oğurlanıb. Naməlum şəxs və ya şəxslər maşının ön şüşəsindən içəri daxil olub və nəqliyyat vasitəsini Bakı istiqamətində sürərək aradan çıxıblar. Oğurlanmış avtomobilin dövlət qeydiyyat nişanları Cəlilabad rayonu ərazisində tapılıb, avtomobilin aqibəti ilə bağlı başqa məlumat yoxdur.
3 gün sonra isə gecə saatlarında Səbuhi Abbasovun yaşadığı evin qarşısından 44-BF-941 dövlət qeydiyyat nömrə nişanlı, ağ rəngli "VAZ-2106" markalı avtomobil naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Taksi fəaliyyəti ilə məşğul olan avtomobil sahibi oğurluq edənlərin peşəkar olduqlarını deyir.
Hər iki avtomobildə zərərçəkənlərin şəxsi sənədləri olub.