Avtomobil havada iki dəfə "mayallaq" vurdu - VİDEO

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli
Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücü hadisə yerindən qaçıb

BAKI, 13 iyul — Sputnik. Rusiyanın Omsk şəhərində yerləşən dayanacaqlardan birində avtomobilin havaya qalxaraq iki dəfə mayallaq vurması ilə nəticələnmiş qəribə qəza baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, qəzanın video görüntüləri "VKontakte" sosial şəbəkəsində yerləşdirilib.

Kadrlarda görünür ki, avtomobil dayanacaqdan yüksək sürətlə çıxarkən bordyura dəyir və havaya qalxaraq öz oxu ətrafında bir neçə dəfə fırlanır.

Sürücünün hadisə yerindən qaçaraq gizləndiyi bildirilir.

Rusiya Daxili İşlər Nazirliyi RİA Novosti-yə bildirib ki, polis hazırda sürücünün axtarışı ilə məşğuldur.

Xəbər lenti
0