CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İxtisas seçimi başa çatır

© Sputnik / Nigar MaharramADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib
ADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında dərc olunub

BAKI, 30 iyul — Sputnik. Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi başa çatır. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
DİM saxta hesablarla bağlı xəbərdarlıq etdi

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul 24 fevral və 26 may 2019-cu il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında toplanmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri).

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün bu gün saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq, seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Xəbər lenti
0