CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİM saxta hesablarla bağlı xəbərdarlıq etdi

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
“Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır

BAKI, 15 may — Sputnik. Son günlər "İnstagram" sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin (DİM) icazəsi olmadan bir neçə saxta hesab yaradılıb. Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib. 

Lənkəranda I və IV ixtisas qrupları üzər qəbul imtahanı - Sputnik Azərbaycan
ELM
Bu gün 40 minə yaxın şagird imtahan verəcək

Bildirilib ki, aparılan araşdırmalar zamanı bu hesablarda tələbə qəbulu kampaniyasının gedişi, dövlət qulluğuna qəbul, müxtəlif hazırlıq kurslarının reklamı, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunn məlumatlar yerləşdirildiyi məlum olub: "Bəzi hesablar "profil" və "cover" fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışırlar. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. İstifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunan, yanlış cavablar verirlər.

Xatırladaq ki, Azərbaycan Respublikasının “Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır.

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.

Dövlət İmtahan Mərkəzi tərəfindən ona məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslər və qurumların Azərbaycan Respublikasının inzibati və cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görüləcək.

İstifadəçilərə daha diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış saxta "İnstagram" hesablarına üzv olmamağı tövsiyə edirik. Xeyli vaxtdır ki, mərkəzin rəsmi "İnstagram" hesabı (https://www.instagram.com/stateexamcenter/) fəaliyyət göstərir. Artıq minlərlə istifadəçi mərkəzin fəaliyyətinə, qəbul kampaniyasına dair ən yeni və zəruri məlumatları bu hesabdan əldə edir. Əgər Siz də mərkəzin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək və sizi maraqlandıran suallara cavab tapmaq istəyirsinizsə, göstərilən hesaba üzv olun. "İnstagram"da yaradılan saxta hesabların təqdim etdiyi məlumatlara görə Dövlət İmtahan Mərkəzi heç bir məsuliyyət daşımır".

Xəbər lenti
0