Ekspert "F-35" təyyarəsini "iPhone"a oxşatdı

© AP Photo / Ariel SchalitF-35 qırıcı təyyarə
F-35 qırıcı təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
"F-35" qırıcısı smartfon kimi daim "Apple Store"a qoşulmasa və müntəzəm olaraq yeniləmələr almasa, lazımsız oyuncağa və ya bahalı dəmir yığınına çevrilə bilər

BAKI, 30 iyul — Sputnik. Hərbi ekspert Andrey Frolov ABŞ istehsalı olan beşinci nəsil "F-35 Lightning II" təyyarəsinin Rusiyanın "Su-57" təyyarəsi ilə müqayisədə "iPhone" olduğunu deyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, ekspert "F-35"in rəqəmsal texnologiyalara daha çox əsaslandığını və bu baxımdan da onun zəif olduğunu hesab edir.

Многофункциональный истребитель Су-57  - Sputnik Azərbaycan
Çəkilin – "Su-57" gəlir

Onun fikrincə, "F-35" qırıcısı smartfon kimi daim "Apple Store"a qoşulmasa və müntəzəm olaraq yeniləmələr almasa, lazımsız oyuncağa və ya bahalı dəmir yığınına çevrilə bilər.

Ekspert, həmçinin bildirib ki, Rusiyanın "Su-57" qırıcısının imkanları sirr olaraq saxlanılır, lakin onun fikrincə, bu təyyarə "F-35" kimi "rəqəmsal" deyil.

Frolov hesab edir ki, Amerika təyyarəsinin bir çox çatışmazlıqları var. Məsələn, "F-35"də bombalar korpusun xaricində yerləşən asılqanlara taxılır, bu isə təyyarənin görünməzliyini azaldır.

Onun sözlərinə görə, "F-35" ilkin olaraq silahlı qüvvələrin üç növü – donanma, hərbi hava qüvvələri və dəniz piyadaları korpusu üçün yaradılıb, bu isə onun konstruksiyasının xüsusiyyətlərinə mənfi təsir edib.

Xəbər lenti
0