Çəkilin – "Su-57" gəlir

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidМногофункциональный истребитель Су-57
Многофункциональный истребитель Су-57  - Sputnik Azərbaycan
Abunə olmaq
Ən son nəsil qırıcının kütləvi istehsalı başlayıb

BAKI, 29 iyul — Sputnik. Rusiyada "Su-57" qırıcısının kütləvi istehsalı başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Suxoy" konstruktor bürosunun 80 illik yubileyinə həsr olunmuş kitabçada deyilir.

Лого НАТО, фото из архива - Sputnik Azərbaycan
"S-400" gəldi, "F-35" getdi – Məsələ NATO üzvlüyünə kimi şişib

Məlumata əsasən, Rusiya Müdafiə Nazirliyi ilə 70 ədəd "Su-57" təyyarəsinin tədarükünə dair uzunmüddətli müqavilə imzalanıb.

"Su-57" çoxyönümlü beşinci nəsil döyüş təyyarəsidir. "Suxoy" konstruktor bürosu tərəfindən layihələndirilmiş bu təyyarə "Т-50" şərti adı ilə də tanınır.

Bu döyüş təyyarəsi ilk dəfə olaraq səmaya 2010-cu ildə qalxıb. Təyyarənin əsas üstünlüyü onun radara görünməməsidir. Bundan başqa, o yüksək manevr etmək qabiliyyətinə malikdir və səsdən sürətlidir. Bu baxımdan "Su-57" qırıcısının analoqlarından üstün olduğu bildirilir.

Xəbər lenti
0