CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yenilik gəlir: Artıq sənədsiz ev qalmayacaq

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidКомната в многоэтажном жилом доме, фото из архива
Комната в многоэтажном жилом доме, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Neft Şirkətinin saziş ərazilərindəki qanunsuz evlərin sənədləşdirilməsi məsələsi də bəlli olacaq 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayırb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov söyləyib.

Yaşayış binasının tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bina tikənlərin qarşısında yeni tələb qoyuldu - Onlar buna sevinməyəcəklər

O, bildirib ki, həmin konsepsiya Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim edilib: “Komitə tərəfindən ölkədə mövcud bütün əmlakların uçota alınması və qeydiyyatı ilə bağlı digər ölkələrin təcrübələri öyrənilir. Burada vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş və onların uzun müddət istifadəsində olan sənədləşdirilməmiş fərdi yaşayış evlərinin qeydiyyatı ilə bağlı məsələlərdə var. Bu cür özbaşına tikililərin sənədləşdirilməsi ilə bağlı komitə tərəfindən beynəlxalq təcrübə öyrənilib və təhlillər aparılıb. Bunun əsasında müvafiq konsepsiya sənədi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib”.

Q. Xəlilov deyib ki, artıq bu məqsədlə işçi qrupu da yaradılıb: “Ölkə başçısının bu sahəyə xüsusi diqqəti və verdiyi tapşırıqlara əsasən artıq işçi qrupu yaradılıb. Həmçinin bütün rayonlarda yerli icra hakimiyyətinin, bələdiyyələrin və aidiyyəti dövlət təşkilatlarının nümayəndələrindən ibarət yerli ekspert komissiyaları yaradılıb. Artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu başa çatmış şəhər və rayonlar üzrə müxtəlif təyinatlı torpaqlarda inşa edilmiş özbaşına tikililər barədə məlumatları elektron formatda yerli ekspert komissiyalarına təqdim edib. Komissiyalar yerlərdə həmin məlumatlar əsasında özbaşına tiklilərin invertarlaşdırılması və dəqiqləşdirilməsi işlərini həyata keçirəcək”.

Q. Xəlilov bildirib ki, Konsepsiya qəbul edildikdən sonra Dövlət Neft Şirkətinin saziş ərazilərindəki qanunsuz evlərin sənədləşdirilməsi məsələsi də bəlli olacaq.

Xəbər lenti
0