Rusiyanın Ermənistandakı sabiq səfiri Lavrova müavin gedir

© Sputnik / Asatur YesayantsRusiyanın Ermənistandakı sabiq səfiri İvan Volınkin
Rusiyanın Ermənistandakı sabiq səfiri İvan Volınkin - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistana səfir təyin olunmamışdan qabaq Lavrovun köməkçisi olub

BAKI, 29 iyul — Sputnik. Rusiyanın Ermənistandakı sabiq səfiri İvan Volınkin Rusiya Xarici işlər naziri Sergey Lavrovun müavini təyin oluna bilər. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Kommersant" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Министр иностранных дел РФ Сергей Лавров и министр иностранных дел Армении Зограб Мнацаканян во время неформальной встречи в Штрбске-Плесо глав МИД стран-участниц Организации по безопасности и сотрудничеству в Европе (ОБСЕ) - Sputnik Azərbaycan
Lavrov və Mnatsakanyan Qarabağı müzakirə edib

Nəşr yazır ki, Rusiya XİN-də Federasiya Şurasına namizəd olacaq Qriqori Karasinin yerinə təyin oluna biləcək namizədlər dəqiqləşib. Bu vəzifəyə üç şəxsin namizədliyi nəzərdən keçirilir. Lakin bu vəzifəyə ən real namizəd hazırda Nazirliyin konsulluq departamentinin direktoru İvan Volınkindir.

Xatırladaq ki, Volınkin 2013-2018-ci illərdə Rusiyanın Ermənistanda fövqəladə və səlahiyyətli səfiri olub.

Qeyd edək ki, diplomat 1981-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib və həmin ildən XİN sistemində işləyir. O, SSRİ və Rusiya Federasiyasının Yuqoslaviya, ABŞ, Serbiya və Çernoqoriya, Gürcüstan və Makedoniyada olan nümayəndəliklərində işləyib. Ermənistana səfir təyin olunmamışdan qabaq Lavrovun köməkçisi olub.

Xəbər lenti
0