BAKI, 9 iyul — Sputnik. Ermənistan və Rusiya xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Sergey Lavrov Slovakiyanın Vısoke - Tatrı şəhərində ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi iclası çərçivəsində görüş keçiriblər. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Məlumata əsasən, görüş zaman nazirlər müttəfiqlik gündəliyində olan məsələləri, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bundan əlavə, xarici işlər nazirləri həmçinin regional və beynəlxalq gündəlikdə olan aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Mnatsakanyan və Lavrov Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesini nəzərdən keçiriblər.