Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Oğuzda narkotik becərən iki dost saxlanılıb

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şirvanlı kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən çətənə kolları tapılıb

BAKI, 29 iyul — Sputnik. Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, əkini ilə məşğul olan şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Ростки конопли на самой большой в Америке легальной ферме по выращиванию марихуаны в Лос Суэносе - Sputnik Azərbaycan
Balakən və Şəkidə 3 tondan çox narkotik bitki tapıldı

  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 29-da polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 21 ədəd narkotik tərkibli çətənə kolu və 310 qram qurudulmuş marixuana aşkar edilib. Keçirilmiş tədbirlərin davamı olaraq həmin çətənə kollarını becərən şəxslərin 2 dost - Xocalı rayonu Cəmilli kənd sakini, əvvəllər məhkum olunmuş 48 yaşlı Tofiq Cavadov və Oğuz rayon sakini 45 yaşlı Firuz Mehdiyev olduğu müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. İfadələrində həmin narkotik tərkibli bitkiləri öz istifadələri üçün becərdiklərini bildiriblər.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti
0