Balakən və Şəkidə 3 tondan çox narkotik bitki tapıldı

© AP Photo / Brennan LinsleyРостки конопли на самой большой в Америке легальной ферме по выращиванию марихуаны в Лос Суэносе
Ростки конопли на самой большой в Америке легальной ферме по выращиванию марихуаны в Лос Суэносе - Sputnik Azərbaycan
Abunə olmaq
Çay kənarında yabanı halda bitən çətənələri yandırdılar

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 iyul — Sputnik. Yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində “Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına əsasən əməliyyat tədbirləri davam etdirilir.

 DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları tərəfindən rayonun Gərəkli kəndi ərazisində çay kənarında yabanı halda bitmiş ümumi çəkisi 1 tondan artıq olan 1783 ədəd, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Çapağan kəndi ərazisində 3570 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yandırılma yolu ilə məhv edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti
0