Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əhali yenidən kredit əsarətinə düşmək istəyir, banklar da mane olmur

© Sputnik / Aleksey Suxorukov / Mediabanka keçidKredit razılaşması, arxiv şəkli
Kredit razılaşması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Banklar tərəfindən əhaliyə verilən kreditlərin 42,9%-i istehlak kreditlərinin payına düşür. Beləliklə, Azərbaycan bank sisteminin aktivlər portfelində əhaliyə yönələn kreditlərdə ürəkaçan olmayan məqamlar var.

Пачки азербайджанских манатов и калькулятор - Sputnik Azərbaycan
CƏMİYYƏT
Problemli kredit sahiblərinə yeni xəbər

Bu, bankların sabitliyi nöqteyi-nəzərindən o qədər də təhlükəli tendensiya deyil, lakin bunu əhali haqqında demək olmaz. Çünki əhali tərəfindən həddindən artıq miqdarda kreditlərin götürülməsi ölkə vətəndaşlarının növbəti borc əsarətinə düşəcəyini deməyə əsas verir.

Müqayisə üçün bildirək ki, iqtisadiyyatın energetika və kimya sahəsinə 3,4%, kənd təsərrüfatına 3,8%, tikinti və daşınmaz əmlaka 2,8%, sənaye və istehsala isə 5,9% kredit ayrılıb.

Hökumətin daha əvvəl ikiqat devalvasiyaya qədər xarici valyuta ilə verilmiş problemli kreditlərlə bağlı məsələnin həlli istiqamətində atdığı addımlar nəticəsində Azərbaycanın bank bazarında kredit portfelində artımla bağlı müsbət tendensiya izlənilir: bu ilin mayında aprel ayı ilə müqayisədə verilmiş kreditlərin sayı 13,011 milyard manatdan 13,198 milyard manatadək artıb. Eyni zamanda, problemli kreditlərin həcmi də 1,503 milyard manatdan 1,494 milyard manatadək azalıb. Bu barədə AR Mərkəzi Bankının hesabatlarında qeyd olunub.

Prezident İlham Əliyevin 28 fevral 2019-cu il tarixində imzaladığı və 602 min ölkə vətəndaşını əhatə edən "Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərman problemli kreditlər məsələsini əhəmiyyətli dərəcədə həll edib.

Kredit borclarının yaratdığı depressiyadan necə çıxmalı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kredit təşkilatından müştəriyə zəng: "Sənin nəslini-kökünü..."
 Kompensasiyaların ödənilməsinə aprelin 22-dən başlanılıb. Mayın 31-də isə fiziki şəxslərin 95,5%-nə kompensasiya ödənilib. Ümumilikdə vətəndaşlara 601 milyon manat vəsait qaytarılıb ki, bunun da 288,8 milyonu 562 min nəfərin vaxtı keçmiş kreditlərinin ödənilməsinə yönəldilib. 311,3 milyon manat vəsait isə birbaşa vətəndaşlara ödənilib.

Ümüdsüz kreditlər sayəsində bankirlər may ayında kreditləşmənin həcmini 187 milyon manat artırıblar. Bu məbləğin 140 milyonu ev təsərrüfatı üçün verilib. İyunun əvvəlinə əhalinin banklara olan borcu 5,658 milyard manatdır. Başqa sözlə, bir ay ərzində əhalinin Azərbaycan banklarının kredit portfelinə olan bank borcları 42,4%-dən 42,9%-dək artıb.

Əlbəttə, maaşların və pensiyaların artması vətəndaşa banklara kredit üçün daha çox müraciət etmək imkanı verir. Lakin hələlik əhalinin maliyyə savadının bank kreditlərindən düzgün istifadə edəcəkləri və kredit əsarətinə düşməyəcəkləri dərəcədə yüksək olduğunu düşünmək üçün çox tezdir.

Unutmaq lazım deyil ki, banklar tərəfindən istehlak kreditləri üçün müəyyən edilmiş ən yüksək faiz dərəcələri illik 25%-dir. Başqa sözlə, kredit borcunu qaytararkən, borclu bankdan götürdüyü hər dörd manatın əvəzinə azı 5 manat qaytarmalıdır. Bunu isə heç də hamı başa düşmür.

Kredit kartları, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq bank kartları daha işləməyəcək

Ümumiyyətlə, əgər hadisələr pessimist ssenari üzrə inkişaf etsə, o zaman təkcə əhalini deyil, bankları da günahlandırmaq lazım gələcək. Sonuncu hədəf auditoriyası əhali yox, sənaye sahəsi ilə məşğul olan, milli iqtisadiyyatın inkişafı üçün strateji əhəmiyyətə malik sahibkarlardır. Bu, ilk növbədə kiçik və orta sahibkarlıq sektorunun nümayəndələridir. Eyni zamanda, bankirlər biznesin kreditləşdirilməsi məsələsində "əllərini yuyublar" və indi əsasən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri ilə fəaliyyət göstərirlər.

Müşahidə olunan tendensiya isə ondan ibarətdir ki, bankirlər əhaliyə istehlak kreditlərinin verilməsinə üstünlük verdikləri və iş adamlarını maliyyə aclığında saxlamağa çalışdıqları zaman özləri də maliyyə riskləri ilə üzləşirlər. Bu meyl isə bank sisteminin sabitliyini təhdid edir.

AR Maliyyə Bazarlarına Nəzarət Palatasının 31 may 2019-cu ilin məlumatına görə, ölkədə 30 bank, 512 bank filialı və 129 bank şöbəsi fəaliyyət göstərir.

Xəbər lenti
0