CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Problemli kredit sahiblərinə yeni xəbər

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов и калькулятор
Пачки азербайджанских манатов и калькулятор - Sputnik Azərbaycan
Abunə olmaq
Kompensasiyasını almayanlar 1 iyun tarixindən kartlarını və PİN zərflərini Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən Şəbəkə Xidmət Mərkəzindən əldə etməlidirlər

BAKI, 3 iyun — Sputnik. "Bu günün statistikasına görə Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştərilərinə "Azərpoçt" MMC tərəfindən ümumilikdə 62 milyon 940 min 280 manat 11 qəpik ödənilib". Bu barədə Sputnik Azərbaycan-a "Azərpoçt" MMC-dən məlumat verilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili  - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Deputat: "Kredit faizlərinin azaldılması üçün iqtisadi təsir mexanizmləri yaratmaq olar"

Xəbərdə bildirilir ki, problemli kreditlərin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 fevral tarixli fərmanı üzrə Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştəriləri öz kompensasiya məbləğlərini "Azərpoçt" MMC-dən alırlar: "Kompensasiyası 500 manatdan aşağı olan müştərilər 15 milyon 56 min 243 manatı nağd şəkildə, kompensasiyası 500 manatdan yuxarı olan müştərilər isə 47 milyon 884 min 37 manat 11 qəpik vəsaiti kart vasitəsilə əldə edib. Kartların və PİN zərflərin regionlarda müştərilərə təqdim edilməsi prosesi may ayının 31-nə qədər həyata keçirilib.

Növbəti mərhələdə isə, yəni 1 iyun tarixindən aidiyyatı üzrə bölgələrdən öz kompensasiyasını gedib almayanlar, kartlarını və PİN zərflərini AZ1144 indeksli, Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən Şəbəkə Xidmət Mərkəzindən əldə etməlidirlər".

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən "Azərpoçt" MMC-nin icra etdiyi əməliyyat 121 minə yaxın vətəndaşa şamil olunur.

Xəbər lenti
0