Enli bel erkən ölümə yol açır

CC0 / mojzagrebinfo / DietBelini ölçən qız
Belini ölçən qız - Sputnik Azərbaycan
Abunə olmaq
İndeksə görə, 18,5-25 normal çəki, 25-30 artıq çəki, 30 dan yuxarı isə piylənmədir

BAKI, 28 iyul — Sputnik. Orta yaşlı qadınların bel dairəsinin 90 sm-dən çox olması onların ürək-damar və xərçəng xəstəliyindən ölümünə səbəb ola bilər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Amerika alimləri apardıqları araşdırmalardan sonra bu nəticəyə gəliblər.

Лаборатория - Sputnik Azərbaycan
Ölkəyə təhlükəli xəstəlik qayıdıb – Hər birimiz diqqətli olmağa məcburuq

Ayova universitetinin mütəxəssisləri 20 il müddətində 157 min orta yaşlı qadının sağlamlığını müşahidə ediblər. Araşdırma zamanı qadınların bel dairəsinin və bədən kütlə indeksinin dəyişiklikləri nəzərə alınıb.

Qeyd edək ki, bədən kütlə indeksi bədən çəkisinin boy ölçüsünün kvadratına bölünərək hesablanır.

Bədən kütlə indeksinə görə, 18,5-25 normal çəki, 25-30 artıq çəki, 30 dan yuxarı isə piylənmə kimi dəyərləndirilir.

Alimlərin fikrincə, bədən kütləsi indeksi bədən yağının hansı bölgələrdə olduğunu hesablamır. Buna baxmayaraq, bu, insanın ürək və damar xəstəlikləri, habelə xərçəng inkişaf etdirmə ehtimalının müəyyən edilməsində vacibdir.

Tədqiqatlar zamanı normal bədən kütləsi indeksinə sahib, lakin bel ətrafı 88,9 sm-dən çox olan qadınlarda xərçəng və ürək-damar xəstəliklərindən erkən ölüm riskinin 89 sm-dən az olan qadınlarla müqayisədə 31% artdığı müəyyən edilib.

Xəbər lenti
0