CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ditdilinin əlindən haraya qaçaq? Bəlkə, Sinqapura?

CC0 / Hans / москитыAğcaqanad, arxiv şəkli
Ağcaqanad, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər dərdimiz tək ağcaqanad olsaydı, bəlkə də öhdəsindən gələrdik...

İsmayıl Rafiqoğlu

BAKI, 28 iyul — Sputnik. “Dostlar, bağımız Mərdəkandadır. Bu ərazidə yaşayan varmı? Ağcaqanad əlindən bilmirik nə edək. Nə gecəmiz var, nə də gündüzümüz. Otaqlarda dərmanla dolu aparat istifadə edirik, amma nə eyvana, nə həyətə çıxa bilirik.

Здание начали строить в 2008 году - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakının köhnə binalarının hər yay yenilənən dərdinə 20 manatlıq çarə
Hətta külək də onları qova bilmir. Şəhərə getmək istəməzdim, amma deyəsən, başımı götürüb qaçmalı olacağam”. Bu kimi şikayətlərə sosial mediada tez-tez rast gəlinir. Yay gəldisə, ağcaqanad dərmanı satanların biznesi artır, amma insanların canı heç cür rahatlıq tapmır.

Bu il də ağcaqanadın sayı ötən illərə nisbətən daha yüksəkdir. Abşeronu turizm məkanı hesab etsək də, burada rast gəlinən həşəratlar heç də üzümüzü ağartmır. Hər yay mövsümü bu problemdən danışırıq, sakinlərin şikayətini səsləndiririk, televiziya kanalları süjetlər hazırlayır, amma məsələ ölü nöqtədən tərpənmir.

Kimsə deyə bilər, nə olsun, dəniz kənarında yaşayırıq, burada ağcaqanad olmalıdır. Amma nədənsə qardaş Türkiyəni əhatə edən dənizlərdə belə problem yoxdur. Türkiyədə olan hər bir insan bunu dəqiq bilir. Nə Antalyada, nə Bodrumda ağcaqanad var. Ağcaqanad bizdədir, özü də nə boyda.

Əgər dərdimiz tək ağcaqanad olsaydı, bəlkə də öhdəsindən gələrdik. Amma bizim zibil qutularımızın yanında çoxlu sayda qarışqa, birə və müxtəlif başqa həşəratların sayı da artmaqdadır. Hətta xırda, sarı rəngli əcaib qarışqalar əmələ gəlib. 

Malyariya ağcaqanadı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ağcaqanadlar Azərbaycana da malyariya gətirib - AÇIQLAMA
Bu qarışqalar şirniyyata və digər dadlı yeməklərə tərəf baxmazlar, əsasən çörəyə daraşarlar. Bir yerdə yuva qurdularsa, heç cür onları çıxartmaq olmur. Özü də çörəyi evin hansı tərəfinə qoysan, tapacaqlar. Çarə qalır tək soyuducuya.

Bu il həşəratın sayının çoxalmasının çox adi səbəbləri var. İlk növbədə onların sayını rütubətin və zibilin bolluğu artırır. Bu heç kim üçün sirr deyil. Abşeronda qrunt sularının səviyyəsi ildən-ilə qalxır. Zabrat, Məhəmmədi kimi kəndlər elə su içindədir. Gilli torpaq, hər yeri basmış qamış ağcaqanad üçün əlverişli mühit yaradır. Çirkab suları çox vaxt elə yaxınlıqdakı göllərə axıdılır.

Hətta Bilgəh kimi quru, gözəl, müalicəvi iqlimi olan bir kəndin düz ortasında su fontan vurur. Kənddəki bir çox quyular ağzına kimi su ilə doludur, həyətləri basır. Ağcaqanad və çayır baş götürüb gedir. Üstəlik, bəzi çoxmərtəbəli şəxsi tikililəri də su basır, çünki bir sıra obyektlər qrunt sularının üstündə tikilib, dənizə axan yeraltı çayların qabağı kəsilib, bu su da haradansa vurub çıxmalıdır. Yayın ortasıdır, yamyaşıl alaq əmələ gəlir, bəzi həyətlərdə qum nəmdir, üstəlik, yarım metrdən su çıxır.

Kəndlərə verilən su xətlərində bolluca çat var, yəni su gələn günlər hər yerdən sızır. Bu da vəziyyəti daha da ağırlaşdırır. Abşeronda sahibsiz heyvanların, yəni pişik və itlərin də sayı günü-gündən artır, bu da birəni çoxaldır. Üstəlik, tülkü, çaqqal da artıb, üst-üstə gələndə birə bir azdan ağcaqanadı üstələyəcək.

Комар, фото из архива - Sputnik Azərbaycan
Qazaxlar ağcaqanadı əbədiləşdirmək istədilər

Bakı sakinlərinin öz gücünə həşəratla şəxsi mübarizəsi çox vaxt effekt vermir. Axı nə qədər dərman alıb həyətə, evə vurmaq olar? Gərək bu problemi yaradan səbəblər aradan qalxsın. Bir yerdə dərmanladın, 5-10 gün yoxa çıxdılar, sonra yenə də gələcəklər.

Tədbir kompleks halında olmalıdır. Yəni Türkiyədə ağcaqanad sanitar tədbirlərin görülməsi səbəbindən yoxdur. İlboyu dövlət və bələdiyyə səviyyəsində həşəratın zəhərlənməsi aparılır. Böyük məkanların hamısında qarşılayıcı tədbirlər görülür. Profilaktik işlər aparılmasa, Türkiyənin çimərliklərində də eyni vəziyyət yaşanar.

Əslində, Bakı kimi meqapolisdə sanitar işlər çox ciddi qaydada aparılmalıdır. Çünki insan fəaliyyəti nəticəsində həm zibil çoxalır, həm də bəzi ərazilərdə bataqlaşma baş verir.

Fərdi insanların gücü ilə bu problem yalnız lokal şəkildə həllini tapa bilər. Əslində, həşəratı məhv etmək üçün bağ evlərində, həyətyanı sahələrdə sanitar-dezinfeksiya işlərini reallaşdıran özəl şirkət kifayət qədərdir. Amma şərtləri bir qədər ağırdır. Yəni 1 sot ərazini 5-10 manata dərmanlayırlar. Üstəlik, ən azı, 10 gün intervalı ilə 3 dəfə dezinfeksiya edilməlidir. 10 sot sahəsi olan 150-300 manat pul hazırlamalıdır. Özü də sizdə qırılan həşərat qonşuda varsa, bir müddət sonra onlar yenidən geri gönəcəklər.

Ağcaqanadı qovmaq üçün evkalipt ağacı əkmək, xüsusi məhlullu tələlər də düzəltmək olar, amma problemi kökündən həll etmək lazımdır. Çimərliklərdən tutmuş hər binanın dövrəsinə kimi dərmanlama işlərini aparmaq lazımdır. Sanitar xidmətimiz var, işçiləri də bəs edəcək qədərdir. Elmi laboratoriyalarda çalışan bioloqlar, kimyaçıların da işi artardı. Ola bilər, bu qədər həşəratın artmasının hansısa başqa səbəbləri var? Deməli, araşdırma aparmaq üçün də bir imkandır.

Ağcaqanad, arxiv şəkli - Sputnik Azərbaycan
Ağcaqanad hər il 700 mindən çox adam öldürür

Sözsüz, sanitar xidmətin büdcəsi də, imkanları da artırılmalıdır. Yükü artacaq çünki.

Azərbaycanın bəzi regionlarında, məsələn, Qarabağ zonasında, Gəncədə, Oğuzda ağcaqanada ditdili deyirlər. “Diddi” sözündən götürülüb, yəni didən, dağıdan mənasını verir. Qanımızı sorur, gecəmizi zəhərləyir bu ditdili.

Bəlkə də Sinqapur təcrübəsindən yararlanaq gərək. Orada bir stəkan suyu açıq havada qoysan, bir ətək cərimə olunacaqsan. Vaxtilə orada ditdili bizdən birə-on qat artıq olub. Amma bu yolla axırına çıxıblar, cərimənin qorxusundan bircə dənə olsun belə həşəratı yarada biləcək mənbə qalmayıb.

Qismət olsa, bizdə də belə qaydalar yerini tutar, canımız ditdilidən qurtarar.

Xəbər lenti
0