Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xırdalandakı qətllə bağlı yeni məqam: Qatil qadın polis əməkdaşı deyilmiş

© Photo : AZƏRTACBakı şəhər Baş Polis İdarəsi
Bakı şəhər Baş Polis İdarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın "günahsızam" deyir, amma bir çox məqamlar onun üzərinə kölgə salır

BAKI, 27 iyul — Sputnik. Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində "Bakı şəhər Baş Polis İdarəsinin xanım əməkdaşı məhkəmə qarşısında – Adam öldürməkdə ittiham olunur" adlı məqalələr yer alıb. Məqalələrdə qeyd edilir ki, Bakı şəhər Baş Polis İdarəsinin xanım əməkdaşı Günel Qasımova hakim qarşısına çıxarılıb. O, sevgilisini öldürməkdə ittiham edilir.

Bakı şəhər Baş Polis İdarəsindən Sputnik Azərbaycana-a verilən məlumatda isə iddia təkzib olunub. Məlumatda qeyd edilib ki, polis əməkdaşı olduğu iddia olunan Günel Qasımova daxili işlər orqanlarından 2016-ci ilin yanvar ayında xaric olunub.

Əfqanıstanın Kabil şəhərində baş verən partlayışdan sonra - Sputnik Azərbaycan
Qatil bazar səhərini qana boyadı: 12 ölü

Qeyd edək ki, qadın qeyri-rəsmi münasibətdə olduğu Ramiz Hüseynovu gecə saatlarında Xırdalanda qətlə yetirməkdə ittiham olunur. Hadisə yerində çoxlu qan itirdiyindən Ramiz oradaca keçinmişdi.

Günel Qasımova günahı olmadığını deyir. Məhkəmədə ifadə verən anası Gülnaz Qasımova da qızının günahsız olduğuna əminliklə ifadə edib. Günelin həyat yoldaşı Rəhim Qasımov həmin gün arvadının evdən iş yoldaşı Rənanın ad gününə getmək adıyla çıxdığını bildirib. Adı çəkilən Rəna Nəcəfova isə Güneli görmədiyini deyib. Ümumiyyətlə, Nəcəfova bu məsələdən istintaqda xəbər tutduğunu söyləyib.

Məhkəmədə hadisə yerinə ilk gələnlərdən olan polis əməkdaşı Xaliq Həbibov da ifadə verib. Orada Ramizin nəbzini yoxlayıb, öldüyünə əmin olub. Hadisə nəzarət kameralarına düşməyib. Günelin hər şeyi dəqiq planlaşdırdığı düşünülür.

Günel Qasımova Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi (quldurluq, hədə-qorxu ilə tələbetmə terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) ilə ittiham olunur.

Xəbər lenti
0