BAKI, 7 iyul — Sputnik. Əfqanıstanın Qəzni şəhərində terrorçunun partlayıcı ilə dolu yük maşınını partlatması nəticəsində ən azı 12 nəfər həlak olub.
Sputnik Azərbaycan "RİA-Novosti"yə istinadən bildirir ki, xəbəri "Pajvak" agentliyi yayıb. Məlumata görə, hadisə zamanı 43 nəfər yaralanıb.
Ölənlərdən 8-nin polis, 4-nün mülki vətəndaş olduğu bildirilir.
Tolo News telekanalının məlumatına görə, bazar səhəri Milli Təhlükəsizlik İdarəsinə hücum olub. Terrorçu yük maşınını partladıb.
"Taliban" qruplaşması terror aktına görə məsuliyyəti üzərinə götürüb.