Maqnit qasırğasının səviyyəsi açıqlanıb

© AFP 2024 / CHAIDEER MAHYUDDINGünəş tutulması
Günəş tutulması - Sputnik Azərbaycan
Abunə olmaq
Meteohəssas insanların oxuması məsləhətdir

BAKI, 27 iyul — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası meteohəssas insanları daha çox maraqlandıran kosmik hava durumu və proqnozunu açıqlayıb.

Солнечное затмение, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Günəş tutulacaq: İnsanların "kor olmaq" ehtimalı var

Rəsədxanadan Sputnik Azərbaycan-a verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub.

Elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub.

Hesabat dövründə Günəş küləyi parametrlərində də sakit rejimə uyğun qiymətlər müşahidə olunub.

Qeyd edilib ki, geomaqnit sahə son saatlar ərzində ümumən çox sakit olub. Proqnoz dövründə qarşıdakı günlərdə də Günəş fəallığının çox aşağı səviyyədə qalacağı proqnozlaşdırılıb.

Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1%-dən aşağı qiymətləndirilir.

Xəbər lenti
0