Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Günəş tutulacaq: İnsanların "kor olmaq" ehtimalı var

© AFP 2024 / ROB KERRСолнечное затмение, фото из архива
Солнечное затмение, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu dəfə təbiət hadisəsini Azərbaycanda müşahidə etmək mümkün olmasa da, onun təsirlərindən qaça bilməyəcəyik.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 2 iyul — Sputnik. Bu gün səmada tam Günəş tutulması hadisəsi baş verəcək. Sputnik Azərbaycan AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasına istinadla xəbər verir ki, Günəşin tam tutulması iyulun 2-dən 3-nə keçən gecəyə təsadüf edəcək. Bu təbiət hadisəsi iyulun 2-si yerli vaxtla saat 20:55-də başlayacaq və iyulun 3-ü saat 01:50-də başa çatacaq.

Günəş tutulması Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək. Təbiət hadisəsini Azərbaycanda müşahidə etmək mümkün olmayacaq. Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

Затмение луны. Кадры  - Sputnik Azərbaycan
VİDEO
Bütün dünyanın izlədiyi fenomen – Tam Ay tutulmasının görüntüsü

Qeyd edək ki, bu il ilk Günəş tutulması yanvarın 6-da qeydə alınıb.

Günəş tutulmasının insan sağlamlığına zərəri varmı?

Həkim terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a bildirib ki, Günəş və Ay tutulmaları daha çox ürək çatışmazlığı və təzyiqdən əziyyət çəkən insanlara təsir edir. Tutulma zamanı maqnit dalğaları meteohəssas insanlara təsir göstərir. Hipertoniyadan əziyyət çəkən şəxslərdə təzyiqin yüksəlməsi, ürək çatışmazlığından əziyyət çəkənlərdə isə sıxılmalar, spazmlar müşahidə edilə bilər. Buna görə də belə insanların Ay və Günəş tutulması zamanı evdən kənara çıxmaması məsləhətdir.

Həkimin sözlərinə görə, Ay və Günəş tutulması zamanı günəşə birbaşa baxmaq ciddi görmə probleminə səbəb ola bilər.

"Günəşin yaydığı ultrabənövşəyi şüalar göz sağlamlığı üçün zərərlidir"- deyə həkim qeyd edib.

Луна во время затмения над горой Ай-Петри в Крыму - Sputnik Azərbaycan
ELM
Gələn il Günəş və Ay beş dəfə tutulacaq

Abbasova bildirib ki, normal günlərdə günəşə baxmaq mümkün olmasa da, tutulma zamanı günəşə baxmaq mümkündür. Birbaşa günəşə baxmaq isə gözün ultra bənövşəyi şüalara məruz qalmasına səbəb olur: "Bu şüalar gözün makulasında fovea bölgəsini yandıra bilər. Yanıqlar həmin bölgədə suyun toplanmasına səbəb olur. Nəticədə bir neçə saat ərzində sağalması mümkün olmayan görmə problemi meydana çıxa bilər".

Həkim əlavə edib ki, Ay və Günəş tutulmalarından hamilələr, yaşlı nəslin nümayəndələri və azyaşlı uşaqlar da təsirlənə bilər. Buna görə də, həmin saatlarda evdən kənara çıxmaq məsləhət görülmür.

"Ay və ya Günəş tutulması zamanı ürək-damar sistemi zəifləyir. Ürək döyüntüləri sürətlənir və ürəyin işləməsində müxtəlif pozuntular baş qaldırır. Yuxusuzluq meydana gəlir, ürək və kürəkdə ağrılar müşahidə olunur, həyacan yaranır. Amma bu hisslər müvəqqətidir. Tutulmadan bir neçə saat sonra həssas insanlar normal həyata qayıdır"- deyə Abbasova əlavə edib.

Xəbər lenti
0