CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhəddə əməliyyat: mallarını qoyub qaçdılar

© Sputnik / Viktor Tolochko / Mediabanka keçidПограничная вышка наблюдения, фото из архива
Пограничная вышка наблюдения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sahil xətti yaxınlığında 2 nəfər naməlum şəxsin hərəkətləri diqqəti cəlb edib

BAKI, 26 iyul — Sputnik. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 18 kq 870 qram narkotik vasitə və 45 həb psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Müsadirə edilən heroin konteynerləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Narkomanlıqla mübarizə üçün maraqlı üsul fikirləşdilər

DSX-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, 22 iyul 2019-cu il tarixində Füzuli rayonu Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları polietilen paketlərdə ümumi çəkisi 13 kq 670 qram olan heroin, tiryək və marixuana növündə narkotik vasitəni, həm­çinin 45 həb psixotrop maddəni hadisə yerində ataraq geriyə qaçıblar.

22 iyul 2019-cu il tarixində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Lənkəran rayonu Şahağacı kəndi yaxınlığında yerləşən sahil nəzarət bölməsinin xidməti sahəsində sahil xətti yaxınlığında 2 nəfər naməlum şəxsin hərəkətləri diqqəti cəlb edib, onlara yaxınlaşarkən qaçmağa cəhd göstərmələrinə baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıblar. Onların əşyalarına baxış keçirilib, içərisində ümumi çəkisi 5 kq 200 qram heroin və tiryək növündə narkotik vasitə olan bağlama aşkar olunub.

Saxlanılmış şəxslərin Lənkəran rayon sakinləri 1965-ci il təvəllüdlü Hüseynov Arzuman Adil oğlu və 1973-cü il təvəllüdlü Əsgərov Mürsəl Nail oğlu olmaları müəyyənləşdirilib.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0