CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkomanlıqla mübarizə üçün maraqlı üsul fikirləşdilər

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidMüsadirə edilən heroin konteynerləri
Müsadirə edilən heroin konteynerləri - Sputnik Azərbaycan
Abunə olmaq
Həm orta, həm ali, həm də ixtisas məktəblərində təhsil alanları yeniliklər gözləyir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 iyul —  Sputnik. Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində narkomaniya ilə bağlı maarifləndirmə işləri aparılacaq.

Сотрудники полиции в Лондоне, фото из архива - Sputnik Azərbaycan
Oddan kül törəyib - Siyasət nəhənginin nəvəsi narkoman çıxdı
  Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramında öz əksini tapıb. Belə ki, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin, ixtisasartırma və yenidən hazırlanma institutlarının tədris-təlim proqramlarına antinarkomaniya mövzusunun daxil edilməsi, tələbələr üçün ictimai mühazirə və seminarların keçirilməsi həyata keçiriləcək.

Bu iş Təhsil Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə mütəmadi olaraq həyata keçirilməlidir. Həmçinin Dövlət Proqramında təhsil müəssisələrində psixo-pedaqoji fəaliyyətin təkmilləşdirilməsi, məktəb psixoloqları üçün narkomanlıq probleminə dair təlim və treninqlərin keçirilməsi də öz əksini tapıb.

Astara Rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
HADİSƏ
Bakıdan Astaraya sərnişin daşıyan narkoman sürücü saxlanıldı
Bu tədbirləri isə Təhsil Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, digər aidiyyəti dövlət orqanları həyata keçirəcək.Həmçinin şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual müsabiqələrin təşkili də həyata keçiriləcək. Həmin tədbirləri Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, digər aidiyyəti dövlət orqanlar birgə aparacaq.

Xəbər lenti
0