Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünyanın hakimi öz taxtından düşməyə hazırlaşır

© AFP 2024 / MARK WILSONDollar, arxiv şəkli
Dollar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
2018-ci ildə Amerika valyutasının beynəlxalq ehtiyatlarda payı 61,7 faizə düşüb. Bu son 20 il ərzində ən aşağı həddir

BAKI, 26 iyul — Sputnik. Dollar tezliklə qlobal ehtiyat valyutası kimi statusunu itirə bilər. Belə bir qənaətə "JP Morgan Chase" investisiya bankının ekspertləri gəliblər. Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti-nin mövzuya dair təqdim etdiyi şərhdə dolların hökmranlığına qarşı yaranmış təhlükədən danışılır:

Gücünü itirir

Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, dünyanın valyuta ehtiyatlarının təqribən 62 faizi dollarda saxlanılır. Bu rəqəm avro, yen və yuanda saxlanılan aktivlərdən iki dəfə çoxdur.

Lakin Amerikanın aparıcı banklarından biri olan "JP Morgan Сhase"in baş iqtisadçısı Cim Qlassman bildirir ki, xarici ölkələrin ehtiyatlarında dolların toplanması heç də ona etimadın yüksək olması ilə bağlı deyil.

Доллары США и евро - Sputnik Azərbaycan
Gizli valyuta müharibəsi başladı: dollar və avro devalvasiya təhlükəsi ilə üz-üzə qalıb

O, bunu belə izah edir: "Ticarət balansının pozulması inkişaf etməkdə olan ölkələrin valyutalarının güclənməsinə şərait yaradır, bununla da həmin ölkələrdən ixracatın qiyməti dünya bazarında daha da artır. Bunun baş verməməsi üçün inkişaf etməkdə olan bazarlar tez-tez dollar aktivlərinə, məsələn dəyəri dollarda qiymətləndirilən və ABŞ bazarlarında satılan istiqrazlara yenidən yatırımlar edirlər".

Asiyadan zərbə

Asiya ölkələrinin iqtisadiyyatlarının sürətli inkişafı Amerika dollarının hakim mövqeyini təhlükə altına atır.

Qlassman bildirir ki, Asiya tədricən iqtisadi inkişafın əsas aparıcı qüvvəsinə çevrilir. Bu inkişafın episentrində Çin durur. 70 il ərzində bu ölkənin dünya ÜDM-də payı dörd dəfə artıb. Hazırda dünya ÜDM-də Çinin payı 20 faizdir (ABŞ-ın payı 24 faizdir).

"Beləliklə, yaxın onilliklərdə qlobal iqtisadiyyatda ABŞ və dolların dominantlığının əvəzinə Asiyanın daha çox gücə malik olduğu bir sistem gələcək... bu o deməkdir ki, dollar çox güman ki, digər valyutalara, o cümlədən qızıla nisbətən ucuzlaşacaq", - Qlassman deyib.

Saatsaz Hacı Fətəliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Saatsaz Hacı: "Düzəltdiyim ən bahalı saatın 200 min dollar qiyməti olub"

Özləri etiraf edirlər

Dünya mərkəzi banklarının valyuta ehtiyatlarına dair məlumatlar dolların rolunun uzun müddətdir ki, zəifləməkdə olduğunu göstərir. Avropa Mərkəzi Bankının dəyərləndirmələrinə əsasən, 2018-ci ildə Amerika valyutasının beynəlxalq ehtiyatlarda payı 61,7 faizə düşüb. Bu son 20 il ərzində ən aşağı həddir.

Amerika tərəfi isə etiraf edir ki, milli valyutanın qlobal liderliyini itirməsi ölkəyə böyük problemlər gətirə bilər.

"Dolların əsas ehtiyat valyutası kimi hazırkı statusu ölkə iqtisadiyyatını xarici sarsıntılardan təcrid etməyə imkan verir. Valyutanın dünya bazarlarında öz dominant rolunu itirməsi ilk növbədə emitent, yəni ABŞ üçün mənfi nəticələri olacaq", - Nyu-York Federal Ehtiyat Bankının vitse-prezidenti Linda Qoldberq bildirib.

"JP Morgan"ın hesablamalarına görə, dolların dünya üzrə zəifləməsi bu ilin sonunda başlayacaq və Federal Ehtiyat Sistemi bu tendensiyanın qarşısını ala bilməyəcək.

Uol-Stritin nəhəng banklarından birinin analitikləri əmindir ki, "gələn ilin ikinci yarısınadək milli valyutanın köklü şəkildə zəifləməsinin şahidi olacağıq".

Xəbər lenti
0