Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rusiyalı müğənni Bakıya gəldiyi üçün içkini tərgidib

© Sputnik / Murad OrujovИзвестная российская певица Лолита во время пресс-конференции, посвященной открытию международного музыкального фестиваля "Жара"
Известная российская певица Лолита во время пресс-конференции, посвященной открытию международного музыкального фестиваля Жара - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın məşhur müğənnisi bu il "Jara"da tamaşaçıları içki içməyi ilə deyil, mahnı oxumağı ilə təəccübləndirəcək

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. Məşhur Rusiya müğənnisi Lolita bu dəfə Bakıdakı publikanı öz hərəkətləri ilə təəccübləndirmək fikrində deyil. Çünki artıq içkini atıb.

Müğənni bunu "Jara" Beynəlxalq Musiqi Festivalının açılışına həsr olunmuş mətbuat konfransında etiraf edib. Müğənni Bakıya gəldiyi üçün çox şad olduğunu deyib və gözəl konsert təşkil etdiyi üçün Azərbaycanın xalq artisti Emin Ağalarova minnətdarlığını bildirib. Lolitanı təəccübləndirən, eyni zamanda heyran edən o olub ki, Ağalarov aeroportda özü şəxsən həmkarlarını qarşılayıb və onlar üçün qeyri-adi bayram təşkil edib.

Xalq artisti Aygün Kazımova - Sputnik Azərbaycan
Aygün Kazımovanın "Jara"nı gözləməyə səbri çatmadı

"Jara"dakı çıxışım barədə onu deyə bilərəm ki, bu il mən içki içmirəm. Bakıya gəlməzdən qabaq onu tərgitmişəm. Odur ki, bu dəfə sakit və səssiz olacağaım. Sadəcə, öz mahnımı oxuyacağam, vəssalam" – Lolita deyib.

"Jara-2019" festivalı iyul ayının 25-dən 28-dək "Sea Breeze" turizm kompleksində keçiriləcək. Festivalın bugünkü açılış mərasimində Filipp Kirkorov, Olqa Buzova, Emin Ağalarov, Monatik və digər müğənnilər çıxış edəcəklər. İyulun 26-da "Lyube" qrupunun yaradılmasının 30-cu ildönümünə həsr olunan yaradıcılıq gecəsi başlayacaq. Gecədə İvanuşki International, Viktoriya Dayneko, "Fabrika" və "Qorod 312" qrupları iştirak edəcəklər. Burada Kirkorov, Alyona Apina, Nataşa Koroleva, Miti Fomina, "Otpetıye moşenniki", "Na-na" və digərlərinin çıxışı gözlənilir.

İyulun 27-də Qriqori Leps və Stas Mixaylovun yaradıcılıq gecəsi olacaq. İyulun 28-də festivalın bağlanışında isə Cah Xalib, Lyoşa Svik, Tima Belorusski və "Black Star" leyblının artistləri çıxış edəcəklər.

"Jara" Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən başlayaraq Bakıda keçirilir. Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkiy radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.

Xəbər lenti
0