Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 25 iyul — Sputnik. Azərbaycanın Xalq artisti Aygün Kazımova Rusiyanın Xalq artisti Filipp Kirkorovla duet oxuduğu kompozisiyanı ictimaiyyətə təqdim edib.
Bu layihənin musiqi prodüseri Rusiya estradasının primadonnası Alla Puqaçova ilə əməkdaşlıq edən müğənni, klipmeyker və stilist Alişerdir. Festivalda həmçinin "Calma" mahnısının klipinin çəkilişləri aparılacaq.
Aygün Kazımova bu kompozisiyanı 2006-cı ildə özünün 35 illik yubileyi münasibətilə verdiyi konsertdə Kirkorovla birlikdə ifa edib. Həmin vaxt Kirkorov Kazımovanı "Şərqin Divası" adlandırıb.
Aygün Kazımova Azərbaycanın məşhur pop müğənnilərindən biridir. Onun karyerası 1988-ci ildə keçirilən "Bakı payızı-88" musiqi festivalından başlayıb. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışda laureat olub. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. Onun nəinki Azərbaycanda, bir sıra xarici ölkələrdə də çoxsaylı konsertləri olub.