Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Jara-2019" ulduz sayına görə bütün rekordları qırıb

© Sputnik / Murad OrujovЭмин во время пресс-конференции, посвященной открытию международного музыкального фестиваля "Жара"
Эмин во время пресс-конференции, посвященной открытию международного музыкального фестиваля Жара - Sputnik Azərbaycan
Abunə olmaq
Bakılı tamaşaçıları beynəlxalq musiqi festivalında böyük sürprizlər gözləyir

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. Bakıda keçirilən "Jara" Beynəlxalq Musiqi Festivalında ilk dəfə müxtəlif ölkələrdən 250 artist iştirak edəcək. Tamaşaçıları isə böyük həcmdə sürprizlər gözləyir.

Infoqrafika Jara - Sputnik Azərbaycan
İNFOQRAFİKA
"Jara" festivalı haqqında tarix və faktlar

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Jara"nın təşkilatçısı, Azərbaycanın xalq artisti Emin Ağalarov bu gün "Sea Breeze" turizm kompleksində keçirilən festivalın açılışına həsr olunmuş mətbuat konfransında deyib.

Mətbuat konfransında həmçinin Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkiy radio"nun və "Zolotoy qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikov, Rusiyanın xalq artisti Filipp Kirkorov, müğənnilər Lolita Milyavskaya, Olqa Buzova, Ani Lorak və digər ulduzlar iştirak edib.

Emin Ağalarov layihənin keçirilməsində böyük dəyişikliklər etmək qərarına gəlib: çoxlu maraqlı hadisələrin baş verəcəyi üçüncü səhnəni, yeni hovuzu quraşdırıb.

"Biz Qriqori Leps, Sergey Kojevnikov və bizim prodüser qrupu ilə birlikdə bu hadisəyə bir il hazırlaşmışıq. Bu, yeganə festivaldır ki, hər gün 70-dən artıq artist çıxış edir və hər bir nömrə səhnələşdirilir" - deyə Ağalarov bildirib.

Sergey Kojevnikov isə deyib ki, komanda festivala çox sayda məşhuru yığmaq üçün böyük əmək sərf edib. Onlara bütün arzulayanları layihəyə dəvət etmək, bu qədər adamı yerbəyer eləmək çox çətindir.

Jara festivalının pre-partisi - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Jara" sayəsində Bakı open-air festivallarının top üçlüyündə yer alıb

"Festival çərçivəsində Qriqori Leps və Stas Mixaylovun, "Lyube" qrupunun yaradıcılıq gecələri keçiriləcək, ötən illərin ulduzları və müasir artistlər çıxış edəcək. Mən bütün sirləri qabaqcadan açmaq istəmirəm. Tamaşaçılar hər şeyi öz gözləri ilə görəcəklər" - deyə Kojevnikov bildirib.

Ağalarov əlavə edib ki, iyulun 26-da festival çərçivəsində ulduzların iştirakı ilə "Jara Bakıda" filminin qapalı nümayişi olacaq. Müğənni ümid edir ki, film onların çox xoşuna gələcək və rəylər müsbət olacaq.

Təşkilatçı gələn il "Jara" festivalının sərhədlərini genişləndirmək, onu nəinki təkcə Bakıda və Dubayda, hətta Amerikada keçirmək niyyətindədir. Müğənni həmçinin Bakıya amerikalı və türkiyəli ulduzları da dəvət etməyi planlaşdırır. Emin Ağalarovun planları çoxdur və onları sürətli bir şəkildə həyata keçirmək niyyətindədir.

Xəbər lenti
0