Hər il yayda Bakıda Xəzər dənizinin sahillərində "Jara" beynəlxalq musiqi festivalı keçirilir. Bu festival 2016-cı ildən etibarən keçirilən illik yay musiqi tədbiridir.
Xəzər dənizinin sahilində, Nardarandakı "Sea Breeze Resort & Residences" çimərlik otelinin həyətində keçirilən bu festivala hər il Azərbaycan, Rusiya, İtaliya, ABŞ, Qazaxıstan, Moldova və digər ölkələrdən populyar estrada ulduzları qatılırlar. Bu il dördüncü dəfə keçiriləcək "Jara"da Azərbaycan, Rusiya, Almaniya, İsveç və bir sıra MDB ölkələrinin estrada ulduzları iştirak edəcəklər.
Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur.
"Jara-2019"la bağlı ətraflı məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.