BAKI, 25 iyul — Sputnik. "Yuventus"un yeni transferləri Canluici Buffon, Matteys de Liqt, Adrien Rabyo, Merih Dəmiral və icarədən qayıdan Qonzalo İquain şam yeməyində komanda yoldaşları üçün mahnı oxuyublar.
Sputnik Azərbaycan-ın klubun rəsmi Instaqram səhifəsinə istinadən yaydığı xəbərə görə, futbolçular ölkələrinin məşhur musiqilərini ifa edib və nəticədə maraqlı görüntülər alınıb.
Посмотреть эту публикацию в Instagram
Buffon Gipsy Kings qrupunun repertuarından "Volare" kompozisiyasını, Qonzalo İquain "Despacito" mahnısını, De Liqt Boib Marlinin "Three Little Birds", Adrien Rabyo Co Dassenin "Champs Elysées", Merih Dəmiral isə İbrahim Tatlısəsin "Haydı söylə" mahnısını ifa edib.
Qeyd edək ki, yay transfer pəncərəsində "Yuventus" futbol klubu heyətinə cəlb etdiyi 8 futbolçuya görə 151.5 milyon avro xərcləyib.