Suriya yenə vuruldu, yenə İsrail vurdu

© AP Photo / Ariel Schalitİsrail Hava Güvvələrinə məxsus qırıcı təyyarə
İsrail Hava Güvvələrinə məxsus qırıcı təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
Hücum nəticəsində yalnız maddi zərər dəyib, ölən və yalanan olmayıb

BAKI, 24 iyul — Sputnik. Suriya ərazisi hava zərbələrinə məruz qalıb.

S-200 raketi - Sputnik Azərbaycan
Kiprdə partlayış: Suriya raketi kəndə düşdü

Sputnik Azərbaycan "RT" agentliyinə istinadən xəbər verir ki, zərbələrin İsrailə məxsus döyüş təyyarələri tərəfindən endirildiyi güman edilir.

Məlumata əsasən, hava zərbələri zamanı ölkənin Daraa vilayətində yerləşən strateji Tel əl-Hara yüksəklikləri vurulub.

Hücum nəticəsində yalnız maddi zərər dəyib, ölən və yalanan olmayıb.

Tel əl-Hara yüksəklikləri Daraa vilayətinin ən yüksək nöqtəsidir və buradan 1967-ci ildə İsrail tərəfindən tutulmuş Qolan təpələrini müşahidə etmək mümkündür.

İsrail daha əvvəl də Tel əl-Haranı vurub.

Xəbər lenti
0