Qırğızıstanla Tacikistan razılaşdılar - gərginlik azalır

CC0 / TeroVesalainen / handРукопожатие
Рукопожатие - Sputnik Azərbaycan
Abunə olmaq
Qırğızıstan rəsmiləri insident baş verən əraziyə gediblər

BAKI, 23 iyul — Sputnik. Qırğızıstan və Tacikistan sərhəddə birgə patrulun aparılmasına dair razılığa gəliblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetindən olan mənbə "RİA Novosti"-yə bildirib.

“Bakıya gəlməyim taleyin işidir” və ya tacikistanlı modelyerin düşbərə əhvalatı  - Sputnik Azərbaycan
VİDEO
“Bakıya gəlməyim taleyin işidir” və ya tacikistanlı modelyerin düşbərə əhvalatı

"Tacikistan və Qırğızıstan Xarici İşlər Nazirliklərinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələrinin görüşü zamanı sərhəddə birgə patrulun aparılmasına dair razılıq əldə olunub", - deyə hökumətdən bildirilir.

Mənbə bildirib ki, hazırda Qırğızıstanın Baş nazirinin müavini Jeniş Razakov, Dövlət Sərhəd Xidmətinin sədri Ularbek Şarşeev, Daxili işlər naziri Kaşkar Cunuşəliyev və yerli orqanların nümayəndələri hadisə yerindədirlər.

Qeyd edək ki, bu gün Qırğızıstan-Tacikistan sərhədində, Batken vilayətində yenidən atışma baş verib.

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilib ki, vəziyyət gərginləşib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Tacikistan tərəfindən Qırğızıstan vətəndaşları istiqamətinə ayrı-ayrılıqda iki dəfə atəş açılıb.

İsfara-Voruh şosesində hərəkət dayandırılıb. Tacikistan vətəndaşları isə İsfana – Batken yolunda hərəkəti bağlayıblar.

Qeyd edək ki, bazar ertəsi axşam saatlarında Qırğızıstan – Tacikistan sərhədində silahın tətbiqi ilə münaqişə baş verib. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Voruh kəndinin (Tacikistan Respublikası) sakinləri yaşayış məntəqəsinin girişində bayraq dirəyi quraşdırmaq istəyiblər. Buna isə Ak-Say (Qırğızıstan Respublikası) kəndinin sakinləri etiraz ediblər.

Üçüncü Ümumdünya Köçəri Oyunlarının açılış mərasimi - Sputnik Azərbaycan
FOTO
Qanın çağırışı: Qırğızıstanda köçəri oyunlarının möhtəşəm açılışı
 Söz mübahisəsindən sonra tərəflərdən biri silah tətbiq edib. Qırğızıstan Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, atəşi mülki şəxslər aça bilərlər. Çünki atəş ov tüfəngindən açılıb. İlkin olaraq insident nəticəsində 5 nəfərin yaralandığı bildirilsə də, sonradan onların sayı 14-ə çatıb.

Daha sonra Xidmətdən bildirilib ki, Qırğızıstan – Tacikistan sərhədində vəziyyət gərgindir, lakin nəzarət altındadır.

"RİA Novosti" isə xəbər verir ki, Tacikistan – Qırğızıstan sərhədində baş verən insident zamanı bir nəfər ölüb. Ölən şəxsin orta məktəb müəllimi olduğu qeyd olunur. O, gözündən güllə yarası alıb və hadisə yerində ölüb.

Bu arada məlumat yayılıb ki, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov sərhədin demarkasiyası üçün Tacikistana səfər edərək Emomali Rahmonla müzakirələr aparacaq.

Xəbər lenti
0