Bu möhtəşəm mərasimdə köçəri mədəniyyətinin yaranışdan bu günümüzə qədərki tarixini əks etdirən fraqmentlər təqdim edilib.
Tamaşaçılar köçəri etnosların torpaqları uğrunda böyük döyüş səhnələrini, adət və ənənələrinin əksini görüblər. Pərdə arxasında min manasçı xorla məşhur eposdan bir parça səsləndiriblər.
Burada həmçinin Üçüncü Ümumdünya Köçəri Oyunlarının iştirakçı ölkələrinin paradı olub. Sonra Qırğızıstan prezidenti Sooronbay Jeenbekov estafeti IV Ümumdünya Köçəri Oyunlarının keçiriləcəyi Türkiyəyə verib.
III Ümumdünya Köçəri Oyunları 2-8 oktyabr tarixlərində Çolpon-Ate və Kırçın vadisində keçirilir. Ümumilikdə tədbirdə 66 ölkədən, o cümlədən Azərbaycandan 1556 idmançı iştirak edir.
Üçüncü Ümumdünya Köçəri Oyunları Olimpiadanın unikal analoqu, etnik oyunlar, yarışlar, əyləncələr, köçərilərin məişətini, mədəniyyətini, ənənələrini və yaşam tərzini nümayiş etdirən irimiqyaslı və möhtəşəm hadisədir.