Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neft bahalaşdı, qızıl ucuzlaşdı - Təsirləri isə...

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidNeft buruğu
Neft buruğu - Sputnik Azərbaycan
Abunə olmaq
Neftin bahalaşması Azərbaycana nə vəd edir?

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. Bu gün "Azeri Light" markalı neftin bir barrelinin qiyməti 1,19 dollar artaraq 65,34 dollar təşkil edib.

Bunun əksi olaraq ölkədə qızıl və gümüş ucuzlaşıb. Belə ki, qızılın qiyməti iyulun 19-u ilə müqayisədə 25,058 manat azalaraq 1 unsiya üçün 2426,7925 manat təşkil edib.

Gümüş 0,0969 manat ucuzlaşaraq 1 unsiya üçün 27,7878 manata bərabər olub.

© Facebook / natig.jafarliİqtisadçı-ekspert Natiq Cəfərli
Neft bahalaşdı, qızıl ucuzlaşdı - Təsirləri isə... - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Natiq Cəfərli

Maraqlıdır, buna səbəb olan amillər hansılardır və durum ölkəmizə nə vəd edir?

Bu barədə Sputnik Azərbaycan-a proqnzolarını açıqlayan iqtisadçı-ekspert deyib: "Qızıl və neftlə bağlı hansısa qısa dövrü əhatə edən qiymət dəyişikliklərdən irəli gələn nəticələrdən danışmaq o qədər də doğru deyil. Çünki hər ikisi siyasi vəziyyətə və bəyanatlara bağlı olan əmtəələrdir. Bu səbəbdən də günlük dəyişikliklər normal qarşılanmalıdır. Artıq uzun illərdir ki, bu vəziyyət hökm sürur".

"Lakin son bir ilə nəzər yetirdikdə qızılın qiymətində 16-17 faizlik artımın olduğunu görə bilərik. Hətta qızılın unsiyası 1300-1400 dollardan da yüksək olub. Neftin qiymətində isə oynaqlığı daha çox müşahidə edirik. Bu da siyasi bəyanatlar, hərbi-siyasi gərginliklərlə əlaqədardır. Hətta ABŞ prezidentinin bir "tvit"i belə neftin qiymətində özünü dərhal göstərir", - deyə ekspert əlavə edib.

Ekspert hazırkı duruma səbəb olan amilərdən də danışıb: "Hazırkı gərginliyin iki səbəbi var. Onlardan biri də İran ətrafında gedən proseslərdir. 

Сотрудники нефтяной компании Saudi Aramco готовятся к первому дню арабской нефтегазовой выставки в Дубае, Объединенные Арабские Эмираты - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Səudilərin dünya ilə yeni oyunu - onlar üçün istənilən qiymət məqbuldur
Çünki İrana nəzərdə tutulan sanksiyalar getdikcə dərinləşir və bu ölkənin öz neftinin satış imkanlarını daralır. Bundan başqa Hörmüz boğazında Britaniyaya məxsus neft tankerinin İran Xüsusi Xidmət orqanları tərəfindən ələ keçirilməsi də gərginliyi artırıb. Belə ki, bu hadisə ilə əlaqədar olaraq Britaniya tərəfindən hərbi addımların belə atılacağı ilə bağlı bəyanat yayılıb".

"İran ətrafında müharibə təhlükəsinin olması neftin qiymətlərinin qalxmasına təsir edən amillərdəndir. Bundan başqa ötən həftə Amerikada neft buruqlarının sayında və neft ehtiyatlarında da azalma olub. Dünyada siyasi gərginlik artdıqca biz neftin qiymətinin artacağını müşahidə edəcəyik. Ümumilikdə neftin bahalaşması isə ölkəmiz üçün faydalıdır. Bu əlavə gəlirlərin gəlməsi deməkdir", - deyə iqtisadçı əlavə edib.

Xəbər lenti
0