Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Səudilərin dünya ilə yeni oyunu - onlar üçün istənilən qiymət məqbuldur

© AP Photo / Kamran JebreiliСотрудники нефтяной компании Saudi Aramco готовятся к первому дню арабской нефтегазовой выставки в Дубае, Объединенные Арабские Эмираты
Сотрудники нефтяной компании Saudi Aramco готовятся к первому дню арабской нефтегазовой выставки в Дубае, Объединенные Арабские Эмираты - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın neft bazarını ələ keçirəcəyindən qorxan Səudiyyə Ərəbistanı yeni planlar qurur

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. Səudiyyə Ərəbistanı "Mərcan" və "Berri" neft yataqlarının istehsal gücünü artırmaq məqsədilə yerli və beynəlxalq servis şirkətləri ilə 18 milyard dollarlıq müqavilələr imzalayıb. Səudiyyə Ərəbistanının milli neft şirkəti ("Saudi Aramco") mühəndis, tikinti və digər servis şirkətləri ilə 34 müqavilə imzalayıb.

İrana məxsus neft tankeri - Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanından İrana qarşı xoşməramlı jest
Hər iki yatağın istehsal gücü ümumilikdə yüksələcək: neft çıxarılması sutkada 0,55 milyon barel və qaz istehsalı 2,5 milyard kubfutadək artacaq. AZƏRTAC xəbər verir ki, bu barədə "Saudi Aramo"nun prezidenti və baş icraçı direktoru Məhəmməd Amin Həsən Al-Nasir deyib.

Ekspertlər Səudiyyə Ərəbistanının bu addımının neft bazarına təsirini və bazardakı mövcud vəziyyəti şərh ediblər.

İqtisadçı-ekspert Azər Mehdiyev Sputnik Azərbaycan-a deyib ki, Səudiyyə Ərəbistanı OPEC sazişinə qoşulub və bu sənədə əməl edəcəyini bəyan edib: "Ancaq Səudiyyə Ərəbistanı neft bazarını itirmək istəmir, çünki neft hasilatı azaldıqca ABŞ neft bazarını tutur. ABŞ-da neft hasilatı getdikcə artır. Digər tərəfdən, Səudiyyə Ərəbistanı Rusiyaya etibar etmir. Çünki Səudiyyə hesab edir ki, Rusiya belə sazişlərə qoşulsa da, gizlicə neft hasilatını artırır və bazarı zəbt etməklə məşğuldur. Yəni indiki halda narahatlıq OPEC-in sazişinə nə qədər əməl olunacağı ilə bağlıdır".

"Etimadsızlıq olarsa, Səudiyyə neft hasilatını artıra bilər. Bu isə neftin qiymətlərində kəskin azalmalara gətirib çıxardan amil ola bilər. Yəni ABŞ-da neft hasilatının artması, Səudiyyənin sazişə əməl etməməsi son nəticədə qiymətlərdə kəskin enmələrə səbəb ola bilər", - deyə ekspert qeyd edib.

O bildirib ki, Azərbaycan neftinin qiyməti dünya neft bazarından asılıdır: "Hazırda dünya neft bazarında durumu birmənalı qiymətləndirmək çətindir. Çünki əsas neft ixracatçısı ölkələrdə baş verən proseslər və OPEC-in son vaxtlar verdiyi qərarlar neft hasilatının azalmasına yönəlmişdi. Bu, neft təklifinin azalması deməkdir. Belə bir şəraitdə neftin qiymətinin qalxması gözləniləndir. OPEC-in son toplantısında neft hasilatının azaldılmasına dair qərar qəbul edilib və bu, 2020-ci ilin martınadək qüvvədə olacaq. Bu, neft təklifinin tənzimlənməsinə imkan verir".

Qatar Milli Muzeyinin qarşısı, arxiv şəkli - Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanında ekstremal istilər: Hərarət 50 dərəcəni keçdi

"Hasilatın azaldılmasına dair kvotaya əməl edilərsə, bu, neftin qiymətinin sabit saxlanılmasına və müəyyən qədər qalxmasına meyillilik yaradır. Xüsusən İran ətrafında baş verən proseslər neftin qiymətinin qalxmasına şərait yaradır və bundan qaynaqlanaraq Azərbaycan neftinin də qiyməti qalxır. Neftin qiymətinin qalxması Azərbaycana sərf edir. Amma böyük neft gəlirləri islahatların aparılmasını ləngitməməlidir", - deyə ekspert əlavə edib.

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, neft hasilatının artması daim qiymətlərin aşağı düşməsinə səbəb olur: "Son zamanlar dünyada neft istehlakı da azalıb və əsasən ABŞ, Avropa, Yaponiya və Çində bunu müşahidə edirik. Texnologiyaların inkişafı neft istehlakını azaldır. İstehlak azalır, amma istehsalın, təklifin çoxalması neft qiymətlərində ucuzlaşmaya səbəb olan əsas faktorlardan birinə çevrilə bilər".

Onun sözlərinə görə, son 2 ildə OPEC-in hasilatın azaldılması ilə bağlı atdığı addımlara baxmayaraq neftin qiyməti kəskin artmır: "Uzun müddətdir ki, qiymət təxminən 60-65 dollar civarında qalıb və buna səbəb ABŞ və Kanadada neft istehsalının kəskin artmasıdır. Son 3 ildə ABŞ-da neft istehsalı gündəlik 4 milyon barel artıb. Hasilatın artması, istehlakın da azalması qiymətlərə mənfi təsir edən amilə çevrilir".

Ekspert bildirib ki, Səudiyyənin çox böyük potensialı var və ən çox neft ehtiyatları olan ölkədir:

"Səudiyyə Ərəbistanında hasilatın artması neft qiymətlərinə mənfi təsir göstərəcək. Amma Səudiyyə bundan uduzmayacaq. Çünki Səudiyyə dünyada ən ucuz maya dəyəri ilə neft çıxaran ölkələrdən biridir. İstənilən qiymət Səudiyyə üçün məqbuldur".

Onun fikrincə, son vaxtlar neft bazarında qiymət artımının iqtisadi amillərlə, hasilatla, istehlak ilə qəti əlaqəsi yoxdur: "Neft bazarı üçün təhlükəli haldır ki, bu əlaqə itib, yəni iqtisadi amillərin təsiri azalıb. Çünki bu zaman bazar istənilən siyasi, hərbi gərginliyə həmən reaksiya verir. Son dövrlər neftin qalxmasının yeganə səbəbi siyasi gərginlikdir. İran, Venesuela və Liviya ətrafında baş verən proseslər neft qiymətlərinin qalxmasında əsas təşkil edir. Bunlar siyasi səbəblərdir, iqtisadi səbəblər deyil. Siyasi səbəblər aradan qalxarsa və ya növbə ilə aradan qalxarsa, neft qiymətlərinin azalması üçün zəmin hazırlayacaq".

Доллары США - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Xarici şirkətlər məhkəmə qorxusundan qeyri-neft sektoruna sərmayə qoymurlar

Qeyd edək ki, bu ilin iyul ayında Vyanada "OPEC plus" nazirlərinin 6-cı görüşündə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub. Ötən ilin dekabrında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" üzrə "OPEC plus" ölkələrinin kvotaları isə dəyişməz qalır.

OPEC keçən ilin dekabr ayında neft hasilatını 2019-cu ilin iyun ayının sonunadək (6 ay) gündəlik 1,2 milyon azaltmaq barədə qərar vermişdi.

Xəbər lenti
0