Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Direktor: "Sənəd verənlərin çoxu nəinki bizim, heç digərlərinin də işinə yaramır"

© Sputnik / Murad OrujovAzərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev - Sputnik Azərbaycan
Abunə olmaq
İki gün ardıcıl davam edən bu turda 60-a yaxın iştirakçı arasından cəmi iki nəfər bu müsabiqənin tələblərinə az da olsa cavab verdilər

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında istedadlı gənclərin üzə çıxarılması və işə qəbulu ilə bağlı müsabiqənin ilk seçim turu keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərliyi ilə iki gün davam edən bu müsabiqədə 60-dək iddiaçı öz vokal imkanlarını və artistlik məharətlərini nümayiş etdirməyə çalışıb.

Bakı Uşaq Teatrının Sehrli tütək tamaşası - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Daha bir teatr istirahətə yollanır

Teatrın xor, balet, orkestr və aktyor heyətinə yeni istedadların cəlb olunması məqsədilə aparılan seçimin yekununda Şəfiqə Məmmədova nəticələri elan edərək yeni istedadların üzə çıxarılmasında belə müsabiqələrin əhəmiyyətini vurğulayıb və bununla yanaşı, onu narahat edən bəzi məsələlərə də ciddi iradlarını bildirib: "Təəssüf edirəm ki, müsabiqəyə qatılan gənclər hələ də Akademik Musiqili Teatrın bu gözəl təşəbbüsünün əhəmiyyətini və gənclər üçün yaratdığı şəraiti yetərincə dəyərləndirmək iqtidarında deyillər. Əslində, bu müsabiqənin məqsəd və tələblərinə uyğun olaraq teatra yeni, istedadlı, gözəl vokal imkanları, xoşagələn görkəmi və təbii ki, ilk növbədə səlis danışıq qabiliyyəti olan gənclər müraciət etməli idi. Lakin cavanların əksəriyyəti seçdikləri ixtisası layiqincə dəyərləndirmirlər. İki gün ardıcıl davam edən bu turda 60-a yaxın iştirakçı arasından cəmi iki nəfər bu müsabiqənin tələblərinə az da olsa cavab verdilər. Əminəm ki, onlar gələcəkdə bu teatrın səhnəsində maraqlı rolları ilə tamaşaçıların diqqətini cəlb edə biləcəklər. Xor truppasına Orxan Mirzəyev və Tural Məsimov, orkestr heyətinə - Səid Seyidov, Hüseyn Həsənov (qaboy ifaçıları) və Bahadur Rzayev və Turanə Novruzova (skripka ifaçıları) seçildilər. Mən bu müsabiqəni növbəti illərin seçimləri üçün yaxşı bir başlanğıc hesab edirəm. Biz "akademik" teatr statusu almış, gələn il 110 yaşını qeyd edəcəyimiz qocaman, zəngin və maraqlı yaradıcılıq bioqrafiyası, həyat tarixçəsi olan bir sənət məbədində işləmək üçün daha çevik, daha maraqlı, güclü səsi, vokal imkanları, artistlik qabiliyyəti olan gənclərin sorağındayıq".

Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xalq artisti: "Teatr kollektiv işidir"

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev də Şəfiqə Məmmədovanın səsləndirdiyi təklif və iradlarla həmrəy olduğunu bildirərək deyib: "Biz artıq 5-ci ildir ki, bu müsabiqəni keçiririk. Sənəd verən gənclərin çoxu nəinki bizim, heç digər teatrların da işinə yaramır. Ümidvaram ki, bu dəfəki seçimimizdə də yanılmadıq. Belə müsabiqələr təkcə teatr aləminə deyil, mədəniyyət və incəsənətimizin gələcək inkişafına çox böyük təkan verəcək".

Qeyd edək ki, bu il 110 yaşını qeyd edəcək Azərbaycan Dövlət Akademik Musiqili Teatrına Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il mart ayında "akademik" status verilib.

Xəbər lenti
0