Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artisti: "Teatr kollektiv işidir"

© © Teatrın mətbuat xidmətiAkademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub
Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti Bəsti Cəfərova ona olan diqqətə görə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrına təşəkkürünü bildirib

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 15 iyun — Sputnik. Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yubiley tədbirində çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Bəsti Cəfərovanın sənətkar yolundan danışıb, onu əlamətdar yubileyi münasibəti ilə təbrik edib, daha böyük yaradıcılıq uğurları arzu edib.

© © Teatrın mətbuat xidmətiAkademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub
Xalq artisti: Teatr kollektiv işidir - Sputnik Azərbaycan
Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub

Azər Paşa Nemətov Mədəniyyət naziri Əbülfəs Qarayevin Bəsti Cəfərovaya ünvanlanan təbrik məktubunu oxuyub.

Azərbaycan Teatr Xadimləri İttifaqı adından Xalq artisti Hacı İsmayılov, Akademik Milli Dram Teatrının kollektivi adından Xalq artisti Ramiz Novruz Bəsti Cəfərovanı təbrik ediblər.

© © Teatrın mətbuat xidmətiAkademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub
Xalq artisti: Teatr kollektiv işidir - Sputnik Azərbaycan
Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub

Xalq artisti Bəsti Cəfərova ona olan diqqətə görə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrına təşəkkürünü bildirib. Keçdiyi sənət yoluna nəzər salan yubilyar tamaşaçıların sevgisini qazandığına görə özünü xoşbəxt hiss etdiyini deyib:

"Bu günlərdə mənə olan zənglərin ardı-arası kəsilmir. Dostlarım, kolleqalarım, tamaşaçılar zəng edib təbrik edirlər. Yubiley münasibəti ilə teatrda hamı mənim üçün nə isə eləməyə çalışır. Bu, məni çox sevindirir. Hərdən deyirlər ki, aktyorlar bir-biri ilə yola getmirlər. Amma belə deyil. Teatr kollektiv işidir. Mən bu teatra, bu kollektivə xidmət edirəm və bununla qürur hissi keçirirəm. Teatrımızın rəhbəri Azər Paşa Nemətova təşəkkür edirəm ki, bu təntənəni mənim üçün təşkil edib".

© © Teatrın mətbuat xidmətiAkademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub
Xalq artisti: Teatr kollektiv işidir - Sputnik Azərbaycan
Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub

Qeyd edək ki, yubiley gecəsində Xalq artisti Bəsti Cəfərovanın iştirakı ilə "Qətibə İnanc" tamaşası oynanılıb.

 

Xəbər lenti
0