BAKI, 23 iyul — Sputnik. Kriştianu Ronaldo cinayət məsuliyyətinə cəlb olunmayacaq. Sputnik Azərbaycan "The Guardian"a istinadən xəbər verir ki, "Yuventus"un ulduzu 2009-cu ildə təcavüzlə bağlı təqsirləndirilib. Las-Veqas şəhərinin prokuroru məsələ ilə bağlı açıqlamasında bildirib ki, edilmiş müraciətlə bağlı yetəri qədər dəlil yoxdur. Ona görə də Ronaldo cinayət məsuliyyətinə cəlb olunmayacaq.
Futbolçu özü isə ona qarşı qaldırılmış bu iddianı qəti şəkildə rədd edir.
Məlumata görə, Ronaldonun 2009-cu ildə Ketrin Mayorqaya təcavüz etməsi və ona susması qarşılığında 375 min avro verməsi ilə bağlı iddialar yayılmışdı. Ancaq 34 yaşlı oyunçu bu iddiaları təkzib etmişdi.
Qeyd edək ki, Kriştianu Ronaldo dünyanın ən çox tanınmış idmançılarından biridir. O, 5 dəfə ardıcıl olaraq dünyanın ən yaxşı futbolçusu seçilib. Portuqaliyalı hücumçu hal-hazırda "Yuventus" klubunun üzvüdür.