CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar da yada düşdü: Yol polisindən daha bir qadağa

© Sputnik / Rashad KeremogluYol Patrul xidmətinin maşını, arxiv şəkli
Yol Patrul xidmətinin maşını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda süni sıxlığın yaranmaması üçün mərkəz istiqamətə bəzi maşınları buraxmayacaqlar

BAKI, 22 iyul — Sputnik. 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar iyulun 28-dək tədbirlərin keçirildiyi ərazi üzrə küçə və prospektlərdə yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir. Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi polis polkovniki Vaqif Əsədov məlumat verib.

Dövlət Yol Polisinin növbəti reydi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı polisi jurnalistlərlə birgə reyd keçirdi - FOTOLAR

O, tövsiyə edib ki, bu mötəbər beynəlxalq tədbirin keçirildiyi ərazilərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi və Bakı şəhərində süni sıxlığın yaranmaması məqsədilə yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılara tövsiyə edilir ki, müvəqqəti olaraq, yəni iyulun 28-dək şəhərin mərkəzi istiqamətində yük maşınlarından istifadə edilməsin.

Belə ki, Xırdalan dairəsi Beynəlxalq Avtovağzal Kompleksi yanından, Lökbatan dairəsindən yük avtomobillərinin şəhərin mərkəzinə doğru hərəkətinə məhdudiyyət tətbiq edilir və istiqamət dəyişdirilir.

Yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılarına mövcud vəziyyəti nəzərə alıb alternativ variantlar üzrə hərəkət etmələri tövsiyə olunur.

Xəbər lenti
0